İstanbulda partlayış baş verib, yaralılar var – VİDEO

polis

Türkiyənin İstanbul şəhərinin mərkəzində – İstiqlal prospektində partlayış baş verib.

Apa.az-ın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yaralıların olduğu bildirilir. Partlayışın səbəbi hələlik bəlli deyil.

Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.

Qeyd edək ki, məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button