İstanbuldakı terrorda ölənlərdən 15-i xarici ölkə vətəndaşıdır – Rəsmi

Yeni ilin ilk saatlarında İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»da 39 nəfərin ölümü, 65 nəfərin yaralandığı terror aktı ilə bağlı yeni xəbərlər var.

Xural.com Türkiyə mediasına istinadən xəbər verir ki, terrorda ölən 39 nəfərdən 20-nin şəxsiyyətinin dəqiqləşdirilməsi üzərində iş aparılır: “Həmin 20 nəfərdən artıq 15-nin şəxsiyyəti müəyyənləşdirilib. Həmin 15 nəfər xarici ölkə vətəndaşıdır”.

Qeyd edək ki, terror nəticəsində yaralananlar arasında 1-i qadın, 1-i kişi olmaqla, 2 azərbaycanlı da var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button