İstidən 2 mənzildə termometr sındı

termometr

xural.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu gün Bakıda istidən 2 mənzildə termometr sındı 

02 avqust 2015-ci il saat 20:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 17:45-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 19:15-də başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 19:30-da başa çatmışdır.

02 avqust 2015-ci il saat 19:45-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, İmamqulukənd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yağından mühafizə olunmuşdur. Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Xocavar kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 72 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə, içərisinə yığılmış qapı və pəncərə çərcivələri yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

02 avqust 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 17:35-də başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 17:35-də başa çatmışdır.

02 avqust 2015-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 m sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:05-də başa çatmışdır.

02 avqust 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Aşağı Quşçu kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 1080 kv.m olan üçmərtəbəli mansarddan ibarət obyektin 2-ci mərtəbəsinin lambirdən olan tavanı 308 kv.m sahədə, 3-cü mərtəbəsinin mansardının yanar konstruksiyaları 360 kv.m sahədə və bitişik ümumi sahəsi 312 kv.m olan birmərtəbəli qarışıq mallar mağazasının dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:10-da başa çatmışdır.

02 avqust 2015-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:00-da başa çatmışdır.

02 avqust 2015-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, Əcəxur kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 160 kv.m sahədə və yaxınlıqda olan 6 ton ot bağlanasının 2,5 tonu yanmışdır. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

02 avqust 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatmışdır. A.Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:56-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun axtarışları başa çatmışdır. Ş.Məmmədovun cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:15-də başa çatmışdır;

Xızı rayonu, Fındığan kəndində kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı və heyvan yataqlari yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

02 avqust 2015-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,  Şamaxı rayonu, Nağaraxana kəndində süni göldə batdığı ehtimal olunan bir nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır. Əlavə məlumat veriləcək.

01 avqust 2015-ci il saat 23:50-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus həyətdə ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyalardan  ibarət tikilinin içərisində  3 litrlik məişət qaz balonundan sızan qaz və  tikili yanmışdır. Tikiliyə bitişik ev yanğından mühafizə olunmuşdur.   Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Bədəlli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 8 ton yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaşayış evi yanğından mühafizə olunmuşdur.. Yanğın saat 15:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu Haramı düzündə 10 ha sahədə  kol-kos və quru ot yanmışdır. Yaxıdakı  fermalar  yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar  rayonu, Yasab kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl  sahəsi yanmışdır.  Digər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Giləzi qəsəbəsində vətəndaşa məxsus bağ sahəsində 4 ton ot yanmışdır.  Yaxınlıqdalkı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Nic qəsəbəsində bələdiyəyə məxsus ərazidə 70 ha sahədə biçilmiş əkin sahəsi, 30 ha sahədə  kol-kos  və quru ot     yanmışdır.  Yaxınlıqdakı  meşə   zolağı  yanğından mühafizə  olunmuşdur.  Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Ərməki kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının  1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Şurabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan  tövlənin  dam örtüyünün  yanar konstruksiyaları 25 kv.m  sahədə  və yaxınlıqda  yığılmış 2 ton ot  bağlaması  yanmışdır.   Tövlənin  qalan  hissəsi  yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Məşədilər  kəndində kənd  bələdiyəsinə məxsus ərazisində 10 ha sahədə kol-kos və  quru ot yanmışdır. Yaxınlıqda meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Rus Borisi kəndində kənd bələdiyyəsinə məxsus  ərazidə  10 ha sahədə  biçilmiş taxıl sahəsi  yanmışdır. Yaxınlıqdakı meşə  zolağı yanğından muhafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Uzuntəpə kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış  10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Agsu  rayonu, Nüydü kəndində kənd bələdiyyəsinə məxsus  ərazidə 50 ha sahədə  biçilmiş taxıl sahəsi yanmışdır. Digər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button