İsveç Krallığının rəsmi nümayəndə heyəti Azərbaycanı ziyarət etdi

Stockholm Harbor at Night13.06.2014

Qonaqlar “Azercell Telekom” MMC-yə də baş çəkdilər

Iyun ayının 11-12 tarixlərində İsveç Krallığının rəsmi nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər edib. Səfərin əsas məqsədi “bizneslərlə hökümət” və “bizneslərlə bizneslər” arasında münasibətin möhkəmləndirilməsi, və həmçinin İsveç şirkətləri üçün Azərbaycanda yeni sərmayə imkanlarının araşdırılması idi. 

Ticarət Naziri xanım Eva Börlinqin rəhbərliyi altında səfər edən İsveç rəsmilərindən ibarət nümayəndə heyətini həmçinin, müxtəlif sahələri təmsil edən İsveç iş adamları da müşayət edirdi. Onlar Azərbaycanda İsveç şirkətləri üçün yeni sərmayə imkanlarının asanlaşdırılması və genişləndirilməsində, və ümumiyyətlə, Azərbaycan-İsveç əlaqələrinin təşviqində maraqlı olan “Biznes Isveç” – İsveç Ticarət və Sərmayə Şurasını təmsil edirdilər. Səfərin rəsmi görüşlərin sırasına həmçinin İsveç biznesinin hal-hazırda Azərbaycanda ən böyük sərmayəsi və TeliaSonera Qrupuna aid olan “Azercell Telekom” MMC-nın rəhbərliyi ilə görüş daxil idi. İsveç Krallığının səfiri c-b Mikael Erikson, müvəqqəti işlər vəkili c-b Tomas Danestad və Biznes məsələləri üzrə Direktor Maykl Yoxansonun iştirakı ilə keçirilən görüşdə qonaqlara ölkənin tarixi, mədəniyyəti və iqtisadiyyatı, və həmçinin telekommunikasiya bazarının lider şirkəti olan Azercell-in nailiyyətləri və strateji məqsədləri barədə məlumat təqdim olundu.

1394007954_isvec-bayragiTicarət Naziri xanım Eva Börlinqin rəhbərliyi altında həyata keçirilən rəsmi səfər çərçivəsində iyunun 12-də İsveç Krallığının Azərbaycandakı səfirliyinin açılışı baş tutdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button