
İsveç parlamenti NATO-ya üzvlüklə bağlı təhlil hesabatını açıqlayıb
İsveç parlamenti təhlükəsizlik və siyasi cəhətdən NATO-ya üzvlüklə bağlı təhlil hesabatını açıqlayıb.
Parlamentin qəbul etdiyi sənəddə NATO-ya üzvlüyün regionda təhlükəsizliyi gücləndirəcəyi bildirilib.
“NATO-ya üzv olmaq qonşularımızın müdafiəsini gücləndirəcək. Çünki Baltik dənizi və Şimal dənizi təhlükəsizlik regionudur”, – hesabatda qeyd olunub.
İsveçin xarici işlər naziri Ann Linde də NATO-ya üzvlüyün “sabitləşdirici təsiri”nin olacağını diqqətə çatdırıb.
Xatırladaq ki, mayın 12-də İsveçə qonşu ölkələrdən olan Finlandiya hökuməti NATO-ya üzvlük prosesinin başladılmasını rəsmi olaraq təsdiqləyib.