İtaliya rəsmiləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

taliya Senat
Linda Lanzilotta

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta, İtaliya Prezidentinin diplomatik məsələlər üzrə məsləhətçisi Antonio Zanardi və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, sabiq xarici işlər naziri Franko Frattini IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfərə gələcəklər. Bu barədə azertag.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

taliya Senat 1
Antonio Zanardi

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 10-11 mart tarixində Bakı şəhərində “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.

taliya Senat 2
Franko Frattini

Qeyd edək ki, Linda Lanzilotta və Franko Frattini 2015-ci ilin 28-29 aprelində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button