İTV Məmməd İsmayılın qızının işdən çıxarılmasına reaksiya verdi

itv-loqo

İctimai Televiziyanın (İTV) ictimaiyyətlə əlaqələr şöbəsi AzTV-nin sabiq rəhbəri, şair Məmməd İsmayılın qızı İntizar İsmayılın işdən çıxarılması və bunun AzTV rəhbərliyinin təzyiqi ilə olması haqda yayılan xəbərə reaksiya verib.

Strateq.az xəbər verir ki, İTV-nin bununla bağlı yaydığı açıqlamada İntizar Dinlərin (İsmayıl) işdən azad olunmasında  AzTV-nin hazırkı rəhbərliyinin hər hansı bir rolunun olmadığı iddia olunub. Bildirilib ki, İntizar İsmayılla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, onunla yollar ayrılıb:

intizar ismayil“Nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur”.

Mətbuat üzrə ekspertlər isə, İTV-nin bu açıqlamasının da AzTV-nin göstərişilə həyata keçirildiyini iddia edirlər. 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button