İTV-nin keçmiş işçisi MTN-çi həyat yoldaşı ilə xaricə qaçdı

Tanınmış jurnalist, İTV-nin keçmiş əməkdaşı İlham Sərxanlı Azərbaycanı birdəfəlik tərk edib.

Aznews.az-ın əldə etdiyi məlumata görə, o, bir müddətdir, həyat yoldaşı ilə birlikdə Almaniyaya köçüb və oradan sığınacaq almaq istəyir. Məlumata görə, onun həyat yoldaşı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub.

Qeyd edək ki, İlham Sərxanlı İTV-nin İnformasiya Departamentinin müdiri, “Carçı” informasiya buraxılışının aparıcısı olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button