İTV-nin yeni direktoru Mikayıl Cabbarovun qohumudur – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün Balakişi Qasımov İctimai Televiziyanın yeni baş direktoru seçilib.
BakuPost xəbər verir ki, B. Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub. Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri işləyib. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosasiyası tərəfindən 2010-cu ildə “İlin adamı” seçilib.
2010-cu ilin yekunlarına əsasən “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.
16:55
***

Unikal.org saytının yazdığına görə, B.Qasımov Vergilər Naziri Mikayıl Cabbarovun xalası oğludur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button