İz. İz.. İz…

Safruh

 Mütləqə İnam Ocağının Ruhani Başçısı

 (İçsəs)

 İz.İz..İz… İlsırada iz, Doğada iz. (Tarixdə iz, Təbiətdə iz)…

***

İlsırada Qibti izi, Hind izi, Çin izi, Yəhudi izi, Yunan izi, Latın izi, Ərəb izi… Zamanlara hökm edən izlər… Və ilsırada Türk izi?!

 ***

Buradan qurd keçib, çaqqal keçib, tülkü keçib – yerdə izlər var.

 ***

Buradan İpək yolu keçir – Yer qurşağından uzun, ürəkdən dörd yana şaxələnən arteriyalar kimi – Çin izidir; burada Piramidalar ucalır – zürafənin papağı başından düşür, zəhmindən aslanı tər basır, bilginin nitqi batır – Qibti izidir; burada söz Anıtı var – əskilərdən əskidir, yenilərdən yeni – başının bitməz-tükənməz qovğalarıyla, hər evdə, hər eldə, hər ağılda yeriylə – Yəhudi izidir; burada Ağıl abidələri var – dərinliyi dibsiz, ölçüləri sınırsız, səbri daş çatladan, zamanlara hakim – hər evdə, hər yerdə yeriylə – Hind izidir; burada bədiiyyat, tarix, fəlsəfə möcüzələri var – çöküntüsüz, duru, gülər, oynar – içində yaşadığımız sivilizasiyanın guşə daşı, bel sütunu – Yunan, Latın izidir; burada Məscid var, azan səsi eşidilir, Kitab oxunur – Ərəb izidir…

 ***

 İzini göstər, ey Türküm! 

 ***

Çin səddi – həm də Hun işiydi (izi yox, işi!) – Çinə qalmış – Çinə şöhrət, sənə töhmət; Konstantinopolun İstanbullaşması – Türk işidir (izi yox, işi!) – Ərəbə qalmış, hər tinini, dongəsini məscid basmış, ağıllarını azan azdırmış, kimliyini yoxa çıxarmış…

 ***

 İndi başlı-ayaqlı, çarıqlı-patavalı Ərəbə təpilrsən, Batıya təpilirsən. Yoxa “var” deməyirlər, deməyəcəklər təpildiklərin.

 ***

Yoxluqda ad qazanmaq, “iz qoymaq” istəyirsən; sənə Mütləqə İnam adında Şərəf nişanı verirəm – imtina eləyirsən – öz şərəfindən?!

 ***

İzlər – millətlərin hünəri, şərəfidir; bəşəriyyət millətlərin hünəri, şərəfi əsasında piramidalı, ipəkyollu, kitablı, ağıllı, elmlidir – yəni sivildir.

***

İzni göstər, ey Türküm! İzini göstər – üzünü göstər bu süfrədə!

 ***

 Sən göstərə bilməyəcəksən Onu mən göstərəm gərək – sənin yavrun, sözçün, qeyrətkeşin olaraq.

 ***

Əski izlərə heyran oldum, heyrət etdim. Heyrətlərim, heyranlıqlarım kiçiltdi məni –  susdum, əzdi məni – dözdüm! Dandı məni – susa bilmədim, dözə bilmədim – ayağa qalxdım, çiynimi düzəltdim, şaxlandım, Atamın ardınca Göyə dartındım. (Bax; Safruh. “İnama Doğru”, “Nərgiz” nəşriyyatı, 2008, s.227).

***

İndi bəşəriyyətin piramidası, ipəkyolu, kitabı, ağlı, elmi – bütövlükdə sivilizasiyası çürüyür, çökür.

 ***

Ya bu dünya bu gedişlə məhv olacaq, ya da mən ona öz izimi yazacam və o yaşayacaq!

 ***

Kiçildən, əzən, danan dünya məhv olsun! Böyüdən, Dirçəldən, təsdiq edən dünya yaransın!  

***

Atamız var olsun!

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Azad

    Sayqıəyər Safruh bəy. Sizlər yazılarınızda cəmiyyəti insanlaşdıracağınızdan bəhs edirsiniz. Özüe də bu işi xalqın bir çox dəyərlərinin üstündən xətt çəkməklə edirsiniz. İllah da ki, bu xalqın əsrlərlə qoruyub saxladığı müqəddəs dininə ləkə yaxmaqla cəmiyyəti “insanlaşdırırsınız”. Dinimizdə qeyri-insani atributlar axtarırsınız, daha doğrusu uydurursunuz. Nə etməli, demokratiyadır, kim nə istəyir, onu deyir. Ancaq siz əvvəl özünüzü insanlaşdırmadan cəmiyyəti necə insanlaşdırmağı planlaşdırırsınız, mənə çox maraqlıdır. Bu günlərdə yaxın bir tanışımdan əlimə bir yazı keçdi. Adam oxuyanda şoka düşür. Orada sizi tanıyanlar üçün maraqlı faktlar var. Səhv etmirəmsə yazı müəllifi sizin öz silahdaşınızdır, sizin terminlərinizlə desək, ailənizin övladıdır. O yazır ki, siz övladınız yaşda bir gəlini yoldan çıxardıb intim əlaqədə olmusunuz. Hətta bu faktı siz öz əlinizlə yazmısınız da. Ancaq günahınız kimi yox, haqqınız kimi. Daha doğrusu, qeydlərinizin birində narahat olmusunuz ki, işin üstü açılsa hər şey pis olacaq. O biri qeydinizdə isə öz addımınızı romantikləşdirmisiniz. Hətta başqa qızlarla da “əlaqədə” olmaq istəmisiniz, rədd olunduqdan sonra Asif Atanın yolçularından təşkil olunmuş ailənizdə (ocağınızda) dava salmısınız. Özünüzü təmizə çıxartmaq üçün sizə rəqib olan silahdaşınızın etiraflarını təbliğ elətdirmisiniz. Bunu ayrı-ayrı adamlar bu gün də görür. Hər yerdə rəqibinizi vurub özünüzü təriflədirsiniz. Özünüzə ruhani başçı vəzifəsi ayırıb,sizi tərifləyən, təbliğatınızı aparan adamlara da vəzifə vermisiniz. Bildirilir ki, sizi tərifləyən əsas iki qardaş var, onlar şizofreniya xəstəliyinin daşıyıcılarıdır. Özləri də Azərbaycan ordusunda xidmətdən gizlənib fərarilik ediblər. Gizlənmələrinin üstü açılmasın deyə Asif (Əfəndiyevin) Atanın da yanına getməyiblər (qoğal nağılında olduğu kimi ondan da gizlənib başqa tərəfə diyirləniblər), Asif ata da onları öz ailəsindən qovub. İndi o qardaşlar hey vətənpərvərlikdən, müqəddəslikdən təbliğat aparırlar. Hara gəldi soxulub özlərini reklam edirlər. Cəmiyyətdə olduqları yerdə onlardan zəhləsi getməyən adam az olar (yaman “məşhurlaşırlar”). Əgər dinimizdə belə şeylər olsaydı, yəqin ki, əsrlərdir xalqımız onu sevə-sevə yaşatmazdı.

    İndi burada sizin öz əlinizlə yazdığınız etirafınızı (intim əlaqədə olduğunuzla bağlı yazınızı) olduğu kimi verirəm. İnciməyin, mən sizin daxilinizdə gedən məsələləri bilmirəm,özünüz ortaya qoyursunuz. Biz də müzakirə edirik. Demokratik cəmiyyətdə yaşayırıq. Beləliklə,

    Safruh: “Mümkün olmayana, gücüm çatmayana, haqqım da olmayana doğru dartınır suç əlim; K.Paustovskinin “Qiymətli toz” hekayəsindəki kimi. Büllur sarayımı, ömür boyu qurduğumu qırıb tökmək suçundan saxlasın Allahım – Təsadüf məni! Düşəcəyim tələnin məntiqi qurulub içimdə, relsi çəkilib sanki, mən də relsə oturdulmuşam, o yana gedəsi vaqon kimi. Özüm bu yana dartılsam da, vaqon o yana itələnib… bəlli baxımdan, Asif Atanın Mütləqə İnam Ocağının birə qədər canı var… Mən onu almağa doğruyam…”

    xxx

    “O mənim əlimi tutdu. Mən də onun əlini tutdum. Ovuclarımız qucaqlaşdı, qovuşdu.

    Bu təmas onun mənə payı idi. Mən bu paya möhtac idim. O, lalın dilini anlamışdı. O varlı idi, mən yoxsul. Onu anlamaq olardı, mən onu anladım; məni qınamaq olmazdı, onu – heç olmazdı. İkimiz də suçsuz idik, arı idik – məncə. O məni qınadımı, qınayacaqmı? Məncə, yox; o da məni anladı.

    Bu qənaət mənim inamımdan irəli gəlir.

    O, körpə idi, mən qoca. O körpə həddini aşmadı, mən qoca həddimi. Beləliklə, bu nadir məqamın gözəlliyini qoruduq.

    Qınayacaqmı?.. o qınasa da (məni), mən qınamayacam (nə özümü, nə onu); mən gözləyəcəm – yaz gələni…

    Bununla da biz həqiqəti can üstə, canlı üstə qurduq.

    Mənim gözlədiyim (həqiqətin dərki) Yazla (Qızla) gələrmi, gələ bilərmi?

    Onun da buna üzrlü bir ehtiyacı vardı…”

    Sizin gözlədiyiniz gəlib çatır (70 yaşlı adamın macərası çox maraqlı olur)

    xxx

    “Ocağın Safruhu son dərəcə ciddi bir sınaqla üzləşib – məncə. Bu, sabah aydınlaşacaq, ona görə yazdım buraya bu “məncə” nəfəsliyini. Belə ki, Yaz’ım məni öz köy’ünə, öz öy’ünə çağırır; sabah səhər üçün. Bu çağırış birgəyaşayış yolunu birgə axtarmaq təklifi üçün də ola bilər!..

    Mən nəyi təklif eləyə bilərəm?

    Evim yox, mülküm yox, cismani gələcəyim yox, alacağım (akcam) yox, işim yox; özüm – qoca; adım – uca, birgəyaşayışa sığmayan və yaraşmayan, özümün də ən dəyərli uğurum saydığım…

    Soylu Şəmkirdən gələndən bəri İnam Evinə telefon da açmayıb –onun xasiyyətində olmayan bir şey! Bu da həmin məsələ ilə bağlı ola bilər; Yaz’ın köyündə bu məsələ açılıb ağarmış ola bilər; oğlanın (əslində OYSA-nın – Ocaq Yükümlüsü Soylu Atalı) qanı qaralmış ola bilər. Çünki bu sorun Ocaq içində bomba partlayışı kimi olar.

    Kimsəni, heç kəsi qınaya da bilmərəm; itlərin hürüşünü dayandıra bilmərəm. Özüm də ölümcül sarsılaram, Yaz’ım da sarsılar, Ocağım da.

    O gözəl, körpə, suçsuz, hünərli Yaz’a mən də bir zərbəmi vurmalıyam?!! Çağırmadan, gözə soxulmadan, ürək oxşamaqla işıqlı ətir saçan bu çiçək “Dər məni, qoru məni!” deyir təlaşsız görkəmi ilə…

    İlahi! Sabah Safruhun axırı – paxırımı gələcək?!

    Mən cəhənnəm! O necolsun?! Birisi ilə elə oldu… Dilim batır!..

    Mənim təklifim, zənnimcə, ən ağıllısı, belə ola bilər: seçim sənindir, Körpə! Taleyini qur, məni nəzərə alma. Qoca kaftar inciməz, inciməyə haqqı da yoxdur. O ülvi təmasa görə də sənə daim ülvi bir minnətdarlıq içində olacaq. Hələ heç nə korlanmayıb: nə sən mənim gözümdə, nə mən sənin gözündə. Daim əzizim və o bircə, xəfifcə təmasla zəngin harunum; ormandakı sevgilim ağac!..

    İsrarla məni seçəsi olsan (qoca kaftarın iddia – ümidinə bax!..), bizim yaşam tərzimiz indiyədək olduğu kimi qalacaq (bir müddət, ya uzun müddət)… (yəni qapalı “görüşlər”)”

    (Safruhun əlyazısından)

    (davamı da var)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button