Jan-Klod Minyon AŞPA-nın yeni sədri seçilib

23.01.2012

Bu gün Strasburqda AŞPA-nın qış sessiyası açılıb.

Sessiyanın birinci günündə 61 yaşlı Jan-Klod Minyon (Fransa) Avropa Şurası Parlament Assambleyasının yeni rəhbəri seçilib.

Bu vəzifədə Mövlud Çavuşoğlunu (Türkiyə) əvəz edən Jan-Klod Minyon Parlament Assambleyasının 1949-cu ildə yaradılmasından sonra onun 26-cı sədri və son iyirmi üç ildə AŞPA-ya rəhbərlik edən ilk fransız oldu.

“Yeni öhdəliklərimi icra edərkən, ilk növbədə, demokratik dəyişikliklər yolunda irəliləyən qonşu ölkələrlə əməkdaşlıq hesabına Avropa hüdudlarından kənarda da olmaqla, hüquqi dövlət, insan hüquqlarına hörmət və demokratiyanın möhkəmləndirilməsi kimi anlayışların sözdə qalmaması, daha da inkişaf etməsini təmin etməyə çalışacağam”, deyə o, öz çıxışında qeyd edib.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button