Jirinovski: “İlham Əliyev ən yaxşılardan biridir…”

Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “İlham Heydər oğlu Əliyev bütün keçmiş SSRİ məkanında ən yaxşı rəhbərlərdən biridir. Respublika dinamik inkişaf edir və əməkdaşlıq üçün yaxşı perspektivlər var”.
O, qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı olan zəngin cənub regionudur.
Deputat deyib: “Azərbaycan nə istehsal edirsə, Rusiya onu satın almağa hazırdır”.

Rusiya siyasətçisinin fikrincə, Bakıda xeyli sayda rus məktəbinin olması və rus dilinin sərbəst işlədilməsi çox sevindirici haldır. O, həmçinin dost ölkəyə I Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsini arzulayıb.

V.Jirinovski deyib: “Azərbaycana bundan sonra da tərəqqi, I Avropa Oyunlarının uğurla keçirilməsini arzulayıram. Bakı 2015-ci ilin yay Avropa Oyunlarının paytaxtı kimi bütün Avropada bir daha tanınacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button