Jurnalistə vəzifə verildi – Komitədə şöbə müdiri oldu

mehparə quliyevaİTV-nin İnformasiya və İctimai-siyasi verilişlər Departamentinin keçmiş direktoru Mehparə Quliyevaya vəzifə verilib.

Strateq.az Atv.az-a istinadən xəbər verir ki, telejurnalist Əmlak Məsələləri Dövlət Komitəsində şobə müdiri vəzifəsinə təyin olunub. Hərracların Təşkili üzrə Auksion Mərkəzinə şöbə müdiri vəzifəsinə təyinat alan Mehparə Quliyeva uzun müddət yazılı və elektron mətbuat orqanlarında, o cümlədən 10 ilə yaxın İctimai Televiziyada işləyib. “İşgüzar zaman”, “Xalq seçir” verilişlərinin, 10-a yaxın sənədli filmin, gündəlik efirə gedən “İqtisadiyyat” xəbər buraxılışının aparıcısı olub.

İTV-də böyük redaktor, Xəbərlər Departamentinin, həmçinin İnformasiya və ictimai-siyasi verilişlər departamentinin direktoru, Analitik.az saytının direktoru vəzifələrində çalışıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button