Jurnalist Əfqan Sadıqov azadlığa çıxıb

Azadlıqdan məhrumetmə müddəti başa çatan azel.tv onlayn nəşrinin redaktoru Əfqan Sadıqov mayın 23-də azadlığa çıxıb.

O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, uydurma ittihamla həbs edilib və Avropa İnsan Hüquqları Məhkəməsində həbsinin qanunsuz olduğunun etiraf olunmasına nail olmaq niyyətindədir.

Jurnalist bildirib ki, həbsdə olarkən sağlamlığına ciddi ziyan dəyib və ondi sağlamlığını bərpa etmək niyyətindədir. Sadıqov həmçinin bildirib ki, jurnalist fəaliyyətini davam etdirəcək və azad sözə sadiq qalacaq.

Xatırladaq ki, Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, Cəlilabad rayon icra hakimiyyətinin binasında qadına vurmaqda ittiham olunub. O, 2,5 il müddətinə həbs edilib, amma sonradan cəza müddəti 1,5 ilə endirilib.

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button