Rubrikalar: MƏTBUAT XuralTAC

Jurnalist 4 gündür aclıq aksiyası keçirir

Xural.com xəbər verir ki, İkram Rəhimov aclığ aksiyası keçirir. Bu barədə məlumatı Press-az.com-un baş redaktoru Polad Aslanov özünün facebook səhifəsində yazıb. Polad Aslanovun facebook səhifəsində yazdığı məlumatı olduğu kimi təqdim edirik. “Bu gün “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun məhkəmə prosesində iştirak etdim. O, bütün dostlara salam söylədi. Mediadan, hüquq müdafiəçilərindən xahiş etdi çatdırım ki, may ayının 12-dən İkram Rəhimov aclıq aksiyası keçirir. Səbəb isə həm istintaqın düzgün aparılmaması, bir günün içində tanımadığı şəxsləri onun üzünə durğuzmaq məqsədilə ifadə alınması və məhkəmədə hakim Əlövsət Abbasovun şahidlərə, zərərçəkənlərə təsiredici və yönləndirici suallar verməsidir. Hakim onların mənim üzümə durması üçün təzyiq edir açıq-aşkar, mən və vəkillərimin sözünü kəsir, zərərçəkənlərə sual verməyə şərait yaratmır. Buna görə də ədalətsiz məhkəmə prosesinə son qoyulana qədər aclıq aksiyası keçirirəm.” İkram Rəhimov yerli və beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən, mediadan xahiş edir ki, məsələni diqqətdə saxlasınlar.

Paylaş:

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM