Jurnalist 4 gündür aclıq aksiyası keçirir

Xural.com xəbər verir ki, İkram Rəhimov aclığ aksiyası keçirir. Bu barədə məlumatı Press-az.com-un baş redaktoru Polad Aslanov özünün facebook səhifəsində yazıb. Polad Aslanovun facebook səhifəsində yazdığı məlumatı olduğu kimi təqdim edirik. “Bu gün “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun məhkəmə prosesində iştirak etdim. O, bütün dostlara salam söylədi. Mediadan, hüquq müdafiəçilərindən xahiş etdi çatdırım ki, may ayının 12-dən İkram Rəhimov aclıq aksiyası keçirir. Səbəb isə həm istintaqın düzgün aparılmaması, bir günün içində tanımadığı şəxsləri onun üzünə durğuzmaq məqsədilə ifadə alınması və məhkəmədə hakim Əlövsət Abbasovun şahidlərə, zərərçəkənlərə təsiredici və yönləndirici suallar verməsidir. Hakim onların mənim üzümə durması üçün təzyiq edir açıq-aşkar, mən və vəkillərimin sözünü kəsir, zərərçəkənlərə sual verməyə şərait yaratmır. Buna görə də ədalətsiz məhkəmə prosesinə son qoyulana qədər aclıq aksiyası keçirirəm.” İkram Rəhimov yerli və beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən, mediadan xahiş edir ki, məsələni diqqətdə saxlasınlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button