Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə özünün tvitter hesabında yazıb.

B.Karemi belə bir addıma sövq edən Tramp administrasiyasının onun Ağ Evdəki fəaliyyətini 30 günlüyə dayandırması olub. CNN əməkdaşı məhkəmədə vəkili Ted Botrus tərəfindən təmsil olunacağını qeyd edib.

Bundan başqa, jurnalist Tramp rəhbərliyi haqqında düşündüklərini də ifadə etməyi unutmayıb. Onun sözlərinə görə, administrasiyanın jurnalistləri bu yolla cəzalandırmaq cəhdləri ABŞ qanunlarına ziddir. O, ölkənin hazırkı lideri və onun aparatının jurnalistlərə qarşı düşmənçilik və zorakılıq atmosferi yaratdığını yazıb. Jurnalisitn təzminat istəyəcəyi istisna olunmur.

Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Tramp prezidentliyi dövründə vəkillərinə milyardlarla dollar pul xərcləməsindən danışıb.

“NBC News” kanalının xəbərinə görə, prezident buna görə narahatlıq hissi keçirmədiyini, vəkillərindən yalnız keyfiyyətli iş gözlədiyini bildirib.

“Məhkəmə prosesləri məndən 3-5 milyard dollar qoparıb. Lakin vecimə də deyil. Əgər cibiniz pulla doludursa, qalan işlərin elə də əhəmiyyəti yoxdur”, – deyə D.Tramp söyləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button