Jurnalist Anar Abdullayev saxlanılıb

Abdullayev sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə saxlanılıb

Ötən gün polis jurnalist-frilanser və ictimai fəal Anar Abdullayevi saxlayıb.

Onun həmkarı Mina Əlyarlı Turan-a bildiribki,  oktyabrın 5-də iki dəfə polis əməkdaşları jurnalistin evinə gedərək Nərimanov Rayon Polis İdarəsinə gəlməyi tələb ediblər. O vaxt Abdullayev evdə olmayıb.

Saat 16.00-da o, Nərimanov Rayon Polis idarəsinə gedib,  telefonunu yaxınlarına verib.

Bir müddət sonra onun mobil telefon zəng ediblər və yaxınlarından tələb ediblər ki, telefonu 18-ci polis bölməsiə gətirsinlər. Onun özünü həmin şöbəyə aparıblar.

“Polisdən bildirdilər ki, Anar 535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati xətalar törətməkdə ittiham olunur. Ancaq biz hesab edirik ki, bunlar uydurma və siyasi cəhətdən əsaslandırılmış ittihamlardır. Anar polisə özü gedib, necə tabe olmaya bilərdi?”,- Əlyarlı deyib.

Yaxınları hesab edirlər ki, Abdullayevi sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə saxlayıblar.

“Hazırda Anar vəkil olmadan dindirilir. Ola bilsin ki, onu işgəncələrə məruz qoyurlar”, – Əlyarlı deyib.

Bu gün Abdullayevin məhkəmə qarşısına çıxacağı gözlənilir.

Anar Abdullayev bundan öncə də etiraz aksiyalarının işıqlandırılması zamanı saxlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button