Jurnalist atasını öldürənin həbsinə nail ola bilmir

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin mühakiməsi başlayıb.

Hakim Samir Məmmədovun sədrliyi iləkeçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərəəkmişin hüquqi varisi İmdad Əlizadə vəsatət qaldırıb.

Eyni zamanda, tanınmış jurnalist olan İmdad Əlizadə vəsatətində xatırladıb ki, hadisə 1 il 9 ay 13 gün əvvəl baş verib. O, istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən S.Qarayevin həbs olunmasını istəyib.

Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı şəkildə təqdim edilməlidir.

Məhkəmədə zərəəkmişin hüquqi varisi İ.Əlizadənin istintaq dövründətəqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. Məlum olub ki, mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə(“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərəəkmişin ailəsi mənəvi zərərə görətəqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda bildirilib ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “GAC MİNİK markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində piyadalar Əliyev Əli Əlqəmə oğlu və TalıbovƏliəskər Məmmədli oğlunu vurub.

Təqsirləndirilən S.Qarayev ittiham üzrə  özünü təqsirli bildiyini deyib. Qeyd edib ki, piyadalar avtomobilin qarşısına çıxıb, əyləci bassa da, maşını saxlaya bilməyib.

Amma mülki iddianı qəbul etməyib. Bildirib ki, zərəəkmişlərə mümkün qədər yardım göstərib.

İ.Əlizadə ilə yanaşı, digər zərəəkmiş  Ə.Talıbov da təqsirləndirilən şəxsdən şikayətçi olub.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təytin edilib.

Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərəəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub.

Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonlarıərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button