Jurnalist Bakıda keçiriləcək Avropa Oyunlarına buraxılmadı

mirelem-cenubnews-3Bakı-2015 Avropa Oyunlarını işıqlandırmaq üçün, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə müraciət edən cenubnews.com İnternet qəzetinin baş redaktor əvəzi Mirələm Həşimov səbəbsiz yerə oyunlardan uzaqlaşdırıldı.

Bu haqda xural.com-a jurnalistin özü məlumat verib. Belə ki, M.Həşimov bir müddət öncə media nümayəndəsi kimi Avropa Oyunlarını işıqlandırmaq üçün qeydiyyatdan keçib.

Mirələm Həşimova zəng edərək bildiriblər ki, gəlin akkreditasiya kartını götürün qəbul olunmusuz.

Lakin jurnalist Akkreditasiya Mərkəzinə getdikdən sonra orada olan numayəndə ona bildirib ki, sizin qeydiyyatınız ləğv olunub.

M.Həşimov səbəbini soruşduqda ona ingilis dilində yazılmış məktub təqdim ediblər.M.Həşimov həmən məktubun tərcümə edilməsini istəsə də bir ingilis numayəndə yaxınlaşaraq bildirib ki, bizlik deyil.Gedin sizə zəng edilən nömrə ilə problemlərinizi həll edin.

Jurnalist qeyd edir ki,”Mən sözügedən ünvandan zəng edilən nömrə ilə əlaqə saxlamağa cəhd etdim. Lakin mənə məktubu təqdim edəndən sonra həmən nömrəyə nə qədər zəng etsəmdə telofona cavab verən olmadı.Halbuki mən Akkreditasiya Mərkəzinə daxil olana qədər həmən nömrə ilə əlaqə saxlayıb ünvanı ondan soruşmuşdum.”

Mirələm Həşimov həmçinin vuğuladı ki, “Akkreditasiya Mərkəzindən 2 saata yaxın idi ki uzaqlaşmışdım, həmən nömrədən mənə zəng edib bildirdilər ki, sizin qəbul sənədi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırılıb və bizə yox cavabı verilib.Yəni sizin iştirak etməyinizə imkan verilməyib. Səbəb bilinmir və açıqlama verilmir.”

Mirələm Həşimov onu da bildirdi ki, sözügedən ünvanda olduğum m
üddətdə media nümayəndəsi kimi Avropa Oyunlarını işıqlandırmaq üçün müraciət edən bütün TV və adi sayt jurnalistlərinə akkreditasiya kartı təqdim olundu.

Qeyd edək ki, Bakı-2015 Avropa Oyunlarını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib.

jurnalistə məktub

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button