Jurnalist ”bandotdel”dən ölkə rəhbərliyinə müraciət etdi: “Təhlükəsizliyimi qoruyun!”

Məlumat üçün bildirək ki, ötən gün ”Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərli mülki geyimli şəxslər tərəfindən zor gücünə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və idarədə təhqir edilib, psixoloji təzyiqlərə məruz qalıb. Hadisə ilə əlaqədar jurnalist özünün facebook hesabından məlumat yayıb. Xural.com Şirin Cəfərinin paylaşdığı yazını təqdim edir:

”Dostlar, bildiyiniz kimi 10 sentyabr 2019-cu il tarixdə, axşam saatlarında şəxsi işimlə əlaqədar Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin əvvəlki binasının yerləşdiyi əraziyə yaxın küçədən, məni el arasında ‘banditizm” adlanan qurumun mülki geyimli əməkdaşları zor tətbiq edərək oğurlayıb həmin qurumun idarəsinə apardılar. Orada şöbə rəisinin mənimlə necə rəftar etməsi barədə dünən facebook səhifəmdə geniş paylaşım etdim. Yazıb bildirmişdim ki, mənə və həmkarlarım olan jurnalistlərə qarşı təhqirəramiz, aşağılayıcı ifadələr işlətdilər. Mən həmin şöbə rəisinin hərəkətlərini qətiyyətlə pisləyirəm və onun haqqında ciddi ölçü götürülməsini ölkə rəhbərliyindən xahiş edirəm. Elə bu mövzuda da baş verən olayla bağlı ölkə başçısı İlham Əliyev cənablarına, ölkənin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət ünvanlamışam. Eyni zamanda təhlükəsizliyimin təmin olunmasını da istəmişəm. Baş verən olayla bağlı mənə dəstək olan jurnalist həmkarlarıma və ictimai fəallara minnətdarlığımı bildirirəm.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button