Jurnalist Cavid Şirəliyevin növbəti məhkəmə prosesi keçirildi.

Hazırda həbsdə olan 7gun.az saytının baş redaktoru, jurnalist Cavid Şirəliyevin 17.04.2018-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Bu məhkəmə prosesi sentyabr ayının 27-də Ali Məhkəmənin qəbul etdiyi qərara uyğun olaraq keçirlir və həmin qərarda Cavid Şirəliyevin cinayət işi ilə əlaqədar özünün və vəkilin verdiyi iddia qismən təmin olunub və Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır.

Məhkəmənin bundan əvvəlki prosesində Baksel mobil şirkətinə göndərdiyi informasiya sorğusuna cavab verilib və informasiya sorğusunda qeyd olunub ki, Cavid Şirəliyevin “zərərçəkən şəxs” Şəfiqə Xankişiyeva ilə hər hansı bir telefon danışığı yoxdur.

Növbəti məhkəmə prosesində digər şahid hazırda həbsdə olan Asif Orucovun məhkəmə prosesinə gətirilməsi qərara alınıb və növbəti məhkəmə prosesi 24 apreldə keçiriləcək. Yeri gəlmişkən qeyd etmək istəyirik ki, 6 aydan çoxdur ki, Gəncə Apellyasiya Məhkəməsində bu işə baxılır və Cavid Şirəliyevin təqsirsizliyinə dair heç bir fakt əldə olunmur və buna baxmayaraq o xeyli müddətdir ki, onun hüquqları tapdalanaraq o həbsdə saxlanılır, məhz Ali Məhkəmə də Cavid Şirəliyevin günahsız olduğuna görə və ona qarşı irəli sürülən ittihamların əsassız olmasına görə Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib işi yenidən apellyasiya instansiyasına qaytarmaq barədə qərar qəbul etmişdir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button