Jurnalist Elçin Həsənovun işi üzrə hökm iyulun 27-də oxunacaq

Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində (BAM) Əflatun Qasımovun sədrliyi ilə xuliqanlıq ittihamı ilə bir il islah işlərinə məhkum edilmiş jurnalist Elçin Həsənovun işi üzrə iclas keçirilib.

Prokurorluq hökmə etiraz edib və ittihamı 221.1-ci (xuliqanlıq) maddədən 221-3-cü (xuliqanlıq, soyuq silahdan istifadə ilə törədildikdə) maddəyə tövsif edilməsini və cəzanın 3,5 il azadlıqdan məhrumetmə ilə əvəz olunmasını tələb edib.

Vəkil jurnalistə bəraət verilməsini istəyib.

Bugünki iclasda Həsənov özü çıxış edib və təqsirsiz olduğunu bildirib.

“Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərovla onun arasındakı insidentə səbəb Həsənov barəsində təhqiredici nəşrlər olub. Jurnalist bir daha bildirib ki, Cəfərovu döyməyib və o, özü birinci instansiya məhkəməsində bunu təsdiq edib.

Həsənov Sumqayıtın “Yüksəliş naminə” internet qəzetinin (yukselis.info) redaktor müavinidir. Bundan başqa, AXCP Ali Məclisinin üzvü və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin sədr müavinidir. Həsənova qarşı cinayət işinin başlaması onun korrupsiya və orduda mənimsəmə mövzusunda nəşrləri ilə eyni vaxta təsadüf edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button