Jurnalist həmkarlarından və hüquq müdafiəçilərindən dəstək və müdafiə istəyib

Jurnalist və fəal Elçin Həsənzadə həmkarlarına və Azərbaycanın vətəndaş cəmiyyətinə kömək xahişi ilə müraciət edib.

“Mən iki ildir Mingəçevirdə jurnalist fəaliyyətilə məşğulam. Bu il 9 may 2020-ci il tarixində fəal Ceyhun Rzayev ermənilərin Şuşada parad kecirməsinə etiraz əlaməti olaraq Mingəçevir şəhərində “1941-1945″ abidəsinin qarşısında Məmməd Əmin Rəsulzadənin şəklini qaldırdığına görə yerli məmur tərəfindən saxlanılıb. Mən də bu prosesləri video çəkilişə almışam. Sonradan bildim ki, gənc fəalı şəhərin icra başçısı İlham İsmayılovun göstərişilə şərləyib həbsə atdıran Mingəçevir Kommunal İstehsalat Təsərrüfat idarəsinin rəisi Şəhriyar Mustafayevdir. O gündən bu gunə hər iki məmur artıq mənə şəhərdə yaşamağa imkan vermir”, deyə Həsənzadə yazır.

Jurnalistin sözlərinə görə, əvvəlcə onu 8 saylı MİS rəisinin tələbi ilə kirayədə qaldığı mənzildən çıxarılıb. Sonra sosial şəbəkələrdə tənqidi nəşrləri ilə əlaqədar Mustafayevin Həsənzadəyə qarşı iddiası əsasında CM-in 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət işi açılıb.

“Onlar məni ictimai asayişi pozan “radikal jurnalist” kimi qələmə verirlər”, deyə Həsənzadə qeyd edir.

Son günlər onun facebook səhifəsinə Mingəçeviri tərk etmək tələbi ilə təhqir və təhdid mesajları gəlir. Həsənzadə hesab edir ki, bu “trolların” arxasında şəhər rəhbərliyi durur.

Həsənzadə jurnalistlərdən və hüquq müdafiə təşkilatlarından onu müdafiə etməyi xahiş edir. O, Mətbuat Şurasının sədri Əflatun Amaşovun onun hüquqlarını müdafiə etmək çağırışlarına biganə yanaşdığını qeyd edib.

Jurnalist eyni zamanda hüquq-mühafizə orqanlarını onun təhlükəsizliyini təmin etməyə və günahkarları cəzalandırmağa çağırır.

Redaksiya bu məsələ ilə bağlı məlumatda adı çəkilən digər şəxslərin mövqeyini işıqlandırmağa hazırdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button