Jurnalist həbs olundu

abuzər cəfərov

Jurnalist Abuzər Cəfərov həbs olunub. Bu haqda xural.com-a onun özü həbs olunduğu anlarda məlumat verib. Hadisə dünən, günorta saatlarında baş verib. Abuzər Cəfərovun dediyinə görə, onu “Gənclik” metrosunun yanında Şamaxıdan gələn polislər həbs ediblər. Dünən gün boyu müəyyən fasilələrlə xural.com-u məlumatlandıran jurnalist əvvəlcə Şamaxı payon polis idarəsinə aparılıb, sonra isə bir neçə vətəndaşın ondan şikayətçi olduqları bildirilib. Abuzər Cəfərovun dediyinə görə, bu şikayətçilərdən heç birini tanımır və bu, onun peşə fəaliyyəti ilə əlaqədar təzyiqlərin davamıdır.

Axşam saatlarında artıq Abuzər Cəfərovun telefonuna zəng çatmayıb. xural.com-un jurnalistin ailə üzvlərindən aldığı məlumata görə, dünən axşam saatlarında Abuzər Cəfərov haqqında müstəntiqin qərarı ilə 48 saat saxlama həbc tədbiri seçilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Dünən axşam saatlarından DİN mətbuat xidmətindən bu haqda sorğumuza cavab ala bilməmişik.

Mövzu diqqətimizdədir.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button