Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirildi

Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri “Air France” aviaşirkətinin “1144” saylı reysi ilə Moskvaya gətirilib.

Layner yerli vaxtla 00:21-də Şeremetyevo hava limanına eniş edib.

Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.

“Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək”, – deyə Şevçenko bildirib. O həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.

Şevçenko bildirib ki, Orxan Camal, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq. Jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq.(“Report”)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button