Rubrikalar: GÜNDƏM XuralTAC

Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alındı-FOTO

Tanınmış jurnalist, “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
Xural.com xəbər verir ki, bu haqda jurnalist Peyman Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. “Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusən də məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı, onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm.”
Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar və ölkə başçısının “Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır” sözlərindən ilham alaraq, namizədliyini irəli sürmüş gənc kimi dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: “İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.
Xural.com
Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyevdən Adil Əliyev haqda sərt ittiham: “Müəmmalı keçmişini unudub…”

AMEA YAP ərazi təşkilatının üzvləri adından Akademiya YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovanın Milli Məclisin deputatlarına müraciət…

23 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib, Tovuz şəhidinə görə başsağlığı verdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Xural.com Azərbaycan Prezidentinin Mətbuat…

23 Sentyabr 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • SİYASƏT
  • XuralTAC

İlham İsmayılla “Siyasət meydanı”nda: “Mütləq müharibə başlamalıyıq!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 22 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

23 Sentyabr 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • SİYASƏT
  • XuralTAC

Pənah Hüseyn “Siyasət meydanı”nda: “Tovuz savaşı və “5-ci kolon””-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 22 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

22 Sentyabr 2020
  • GÜNDƏM
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Millətdən qoparılan sərvətlər necə geri qaytarılacaq?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Mirmahmud Mirəlioğlu “Siyasət meydanı”nda: “Savaş yenidənmi başlayır – bizi kimlər idarə edir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
Xural.COM