Jurnalist Rauf Mirqədirov məhkəmədən bəraət istəyib

Rauf Mirqədirov

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Xural.com apa.az-a istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.

Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, o və Rauf Mirqədirov məhkəməsən bəraət hökmü çıxarılmasını xahiş edib, dövlət ittihamçısı isə hökmün qüvvədə saxlanmasını istəyib.

 Məhkəmə müşavirəyə gedib. Qərar sabah elan olunacaq.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button