Jurnalist Şahin Rzayev həbs olunub

Bugün, yanvarın 15-də Azərbaycan paytaxtı Bakıda jurnalist Şahin Rzayevin həbs olunduğu bildirilir.

Bu barədə onun ailəsi məlumat verib.

Ailə üzvlərinin sözlərinə görə, o, günorta saatlarında evdən mağazaya çıxıb və sonra ondan məlumat almaq mümkün olmayıb.

Jurnalistin ailəsi onun saxlandığını və polis bölməsində olduğunu güman edir.

“Turan” Agentliyinin məlumatına görə, Ş.Rzayev saxlanıb və barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Xəbərdə bildirilir ki, məhkəmədə (ad açıqlanmır) Şahin Rzayev barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.

Bu məlumatı “Turan”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı da təsdiqləyib.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlara əsasən qaçaqmalçılıq ittihamı verilib.

Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hərçənd, rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı təqib və həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button