Jurnalistin məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb

9 sentyabrda Yasamal Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otelə” qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının nümayəndəsi İntiqam Əliyev məlumat verib.

İ.Əliyev RATİ-yə açıqlamasında bildirdi ki, hakim A.Rzayev adıçəkilən iş üzrə icraatın dayandırılaraq işin  ekspertizaya göndərilməsi barədə qərar qəbul edərək, prosesi qeyri-müəyyən vaxta qədər təxirə saldığını elan edib.

Xatırladaq ki, jurnalistlər 15 aprel 2011-ci il tarixində  Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı yaşadıqları otel otağında gizli yerləşdirilmiş kamera vasitəsilə çəkilmiş videogörüntüləri “Lider” Televiziyasında yayımlanmışdı və Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi vəzifəsinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsinə dair iddiası ilə cavabdehlərin hər birindən onlara vurulan mənəvi ziyana görə 100.000 AZN təzminat ödənilməsi  barədə  tələblə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button