Jurnalistlər Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib

2016-cı il üçün Azərbaycan Juranlistlər Birliyinin katibliyi mətbuatda, tele-radioda və elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir neçə  jurnalisti Həsən bəy Zərdabi mükafatı ilə təltif edib.

Ülkər Əliyeva mədəniyyət sahəsində elmi araşdırmalarına, İrina Kalaşnikova (“Novosti Qyandji” qəzeti) region mətbuatının inkişafındakı xidmətlərinə, Zöhrə Əsgərova “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabına, Sadiq Gözəlov (DİN Mətbuat xidməti)  ictimaiyyət mətbuatla əlaqələrin qurulmasındakı fəaliyyətinə, Ələsgər Məmmədli media hüquq sahəsində araşdırmalarına və jurnalist hüquqlarının ardıcıl müdafiəsinə, Rəşad Məmmədov (Şəki TV) region televiziyasının inkişafına verdiyi dəstəyə, Xatirə Rəhimli (hərbi jurnalist) döyüş bölgələrindən hazırladığı reportaj və məqalələrinə görə həmin mükafat ilə təltif edilib.

Mükafatçılar sırasında köşə yazıları ilə tanınan Zümrüd Yağmur (Azadlıq qəzeti), ANS-in efirində gedən “Beş barmaq” proqramının müəllifi və aparıcısı Ülvira Qarayeva, “Fashion Passage” jurnalının redaktoru Nərminə Ağası, “Xalq qəzeti”nin əməkdaşı Vaqif Bayramov, uğurlu radio layihəsinə görə “Media FM” radiosunun təsisçisi Tural Əliyevdə vardı.

Mükafat mərasimi 20 İyul  saat 14.00-da   “Avropa” otelində  keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button