Jurnalistlər şəxsi avtomobillərindən istifadə edə bilərlər, ancaq şəxsi məqsədləri üçün yox…

Koronovirusla bağlı ölkədə tətbiq olunan xüsusi karantin rejimində hərəkətinə icazə verilən kateqoriyalardan biri də Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarıdır. Hazırda KİV əməkdaşlarını düşündürən suallardan biri də şəxsi avtomobilləri ilə hərəkət etməyə icazənin olub-olmamasıdır. 

Bu sualı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında cavablandırıb. O, qeyd edib ki, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər: “Yəni, məsələn, jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button