Jurnalistlər məhkəmə qarşısında Rasim Əliyevi andılar – VİDEO, FOTO

 Jurnalistlər aksiya zamanı mövcud siyasi rejimin azad mediaya təzyiqindəın danışıblar, Elmar Hüseynov, Rafiq Tağı və Rasim Əliyev xatirələrini bölüşüblər.

xural.com meydan.tv-yə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsinə buraxılmayan jurnalistlər 1 gün əvvəl vəfat edən həmkarları Rasim Əliyevi anıblar.

Bu barədə Meydan TV-nin əməkdaşının bildirdiyinə görə, jurnalistlər aksiya zamanı mövcud siyasi rejimin azad mediaya təzyiqindəın danışıblar, Elmar Hüseynov, Rafiq Tağı və Rasim Əliyev xatirələrini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov azertag.az-a bildirib ki, prezident İlham Əliyev Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub və bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.

xural.com

 

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button