Jurnalistlərin aksiyası dağıdıldı – VİDEO

aksiya02.08.2013

Bir qrup jurnalist avqustun 2-si Bakıda metronun “Nizami” stansiyasının yanından Fəvvarələr meydanınacan “Xədicəyə dəstək” adlı səssiz yürüşə cəhd göstərib.

Onlar əllərində “4-cü hakimiyyət bizik”, “Mənim evim, yatağım korrupsiya deyil”, “Xədicə, biz səninləyik” şüarları yazılan plakatlar tutublar.

Aksiyaçıların əsas tələbi Xədicə İsmayılovaya qarşı şantaj videolarına son qoymaq olub.Yasamal rayon Polis İdarəsinin rəis köməkçisi, polis podpolkovniki Samir Hüseynov jurnalistlərə yaxınlaşaraq, hər hansı aksiya keçirməküçün əvvəlcədən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmasının vacibliyini vurğulayıb. Jurnalistlərin, “Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq” haqda konstitusyon hüquqlarınınolmasını xatırlatmaları da polis tərəfindən biganəliklə qarşılanıb.  S.Hüseynovun jurnalistlərə verdiyi 5 dəqiqəlik vaxt bitdikdənsonra jurnalistlər məcburi qaydada dağıdılıb. Polis təxminən 30 jurnalisti saxlayaraq, avtobuslara mindirib. Bir qədər sonra isə onlar sərbəst buraxlılıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button