Jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin Aİ səfiri ilə görüşü

Avqustun 10-da Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bir qrup vətəndaş cəmiyyəti və KİV nümayəndəsini qəbul edib.

Görüş zamanı fəallar və jurnalistlər söz azadlığı, vətəndaş cəmiyyəti sahəsindəki vəziyyət barədə Aİ səfirinə məlumat veriblər. Son vaxtlar Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə media saytların bloklanması söhbətin əsas mövzusu olub.

Saytların bloklanması ilə bağlı iddiaların və məhkəmə qərarlarının qanunsuz olduğu qeyd edilib ki, bu da KİV və söz azadlığının məhdudlaşdırılmasına yönələn addım kimi qiymətləndirilib.

Qeyri-hökumət sektorunun nümayəndələri QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması və bu sahədə hökumətin siyasəti haqda məlumat veriblər.

Görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfir K.Yankauskas Aİ-nin ifadə azadlığının, vətəndaş cəmiyyətinin inkişafında, həmçinin Aİ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Elçin Məmməd, Əvəz Zeynallı, Mehman Əliyev iştirak ediblər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button