Kəlbəcərdə 4 nəfərin minaya düşdüyü bildirilir

Dekabrın 14-də axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət aldığı bildirilir.

Bu haqda “Turan”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hazırda polis əməkdaşlarının aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb edildikləri deyilir.

Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 260-dan çox şəxs minaya düşüb.

Onlardan 45-nin həlak olduğu bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button