Kəmaləddin Heydərov göbələk biznesini də inhisara aldı!

Fövqəlnazirin Binə qəsəbəsində minlərlə istixanası var

 Fövqəladə Halları naziri Kamaləddin Heydərov göbələyin becərilməsi və satışı biznesini tam şəkildə inhisara alıb. Bu barədə redaksiyamıza kənd təsərrüfatı sahəsində çalışan iş adamları məlumat verib. Onların sözlərinə görə, K.Heydərov Binə qəsəbəsində hektarlarla ərazidə göbələk becərmək üçün istixanalar inşa etdirib. İş adamları bildirirlər ki, daxili bazarda satılan göbələyin 90 faizi K.Heydərovun istixanalarında becərilir. Fövqəlnazir göbələyi satış məntəqələrinə çatdırmaq üçün soyuducusu olan xüsusi avtomobillər alıb. İş adamlarının sözlərinə görə, K.Heydərov inzibatı resurslarından istifadə edərək rəqiblərini sıradan çıxarır: “Kəmaləddin Heydərovun göstərişi ilə istixanalarımız sökülür. Başqa şəxslərə uyğunluq sertifikatı verilmir. Mağazalara ancaq Kəmaləddin Heydərovun məhsulunun satılması barədə göstəriş verilib. Bir sözlə, hər cür vasitələrdən istifadə edilərək digər şəxslər göbələk biznesindən sıxışdırılaraq kənarlaşdırılır”.

Qeyd edək ki, K.Heydərov kənd təsərrüfatı sənayesi sahəsində yetərincə böyük imperiya qurub. Fövqəlnazir şirə biznesini inhisara almaqla kifayətlənməyib. O, eyni zamanda ət və süd məhsulları istehsalını nəzarətə götürmək istiqamətində ciddi addımlar atır. K.Heydərov  Şamaxı və Qəbələ rayonlarında Farel (qızıl balıq) gölləri yaradılıb. Eyni zaman Kür çayının mənbəyində və Xəzər sahillərində olan balıq vətəkələrinın əksəriyyəti K.Heydərovun imperiyasına daxildir.

Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button