Kərəm-Malik Həsənov qardaşları əlil vətəndaşa zülüm edirlər- ANA FƏRYADI!

 

Redaksiyamıza “AZİNKO” holdinq şirkətinin nəzdində fəaliyyət göstərən “Xəzər Az.Ko” MTK-nın təqsirindən (sahibkarı və qeyri-sahibkarı Malik və Kərəm Həsənovun), cinayəti nəticəsində əlil qalmış (nəticədə maddi cəhətdən özlərindən asılı vəziyyətə salınmış), həmin şirkətin, Dövlət orqanlarının  təqsirindən Avstriyaya müalicəyə gecikərək ömürlük əlil qalmış 1-ci qrup əlil, zərərçəkmiş Qafarov Vüsalın anası, əsir bacısı Hüseynli Almaz tərəfindən məktub-müraciət daxil olub. Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya, Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Ədliyyə nazirinin müavini Azər Cəfərova, Baş Prokuror Zakir Qaralova, İnsan Hüquqları üzrə müvəkkil xanım Səbinə Əliyevaya, Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyevə və hakim Şeyda Məhərrəmovaya ünvanlanan müraciətdə deyilir:

 

Kərəm Həsənovdan və Malik Həsənovdan şikayət!

(Etiraz sözünü ona görə işlətmirəm ki, Apellyasiya şikayətini “Xəzər Az.Ko” MTK yazmalı idi, tanımadığım “Xəzər Az.Ko MMC ” yox)

 

İnsan hüquqları haqqında ümumi bəyannamənin 8-ci maddəsində qeyd edilir ki, hər bir şəxs Konstitusiyanın və qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqların bərpa olunması hüququna malikdir.

Avropa Şurasının zərərçəkmişlə əlaqədar tövsiyələri və BMT-nin bu istiqamətdə qəbul etdiyi bəyannamə belə qəbildən olan şəxslərin hüquqi cəhətdən daha təsirli müdafiəsinə yönəlmişdir.

Şəhid ailələrinə dövlət hər cür qayğı göstərir, şəhid ailələrinə dövlətin nəzarətində xüsusi diqqət göstərilməyinə baxmayaraq, Kərəm və Malik Həsənovlar əlilin anasını, əsir bacısını məhkəmələrdə süründürmək istəyir.

Məlumatımla bildirirəm ki, Səbail rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “AZİNKO Holdinq” MMC-nin tərkibində  olan “Xəzər Az.Ko” MTK-dan mənim xeyrimə 9 il 3 ay  müddətində xəstəyə qulluğa  görə birdəfəlik olaraq 15.740 (on beş min yeddi yüz qırx) manat, 2019-cu ilin noyabr ayından başlayaraq sonrakı illər üzrə hər il  “Yaşayış minumumu haqqında” Azərbaycan  Respublikası Qanununa uyğun olaraq, əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu həddində xəstəyə qulluq etməyə görə aylıq müavinət haqda maddi ziyan təmin edilmişdir. Mənəvi ziyan isə təmin edilməmişdir.

Qətnamədən Apellyasiya şikayəti vermişəm. Məlumat üçün bildirirəm ki, iddiaçı olaraq iddiamı oğlumu əlil edən, maddi cəhətdən onu özündən asılı vəziyyətə salan, 15 fevral 2010-cu il tarixli məhkəmə hökmü ilə onlara qarşı cinayət işi qaldırılmış cavabdeh  “AZİNKO Holdinq” MMC-nin tərkibində olan “Xəzər Az.Ko” MTK-ya qarşı qaldırmışam.

Buna görə də 25 dekabr 2019-cu il tarixli Səbail rayon məhkəməsinin qətnaməsində cavabdeh “AZİNKO Holdinq” MMC-nin tərkibində olan “Xəzər Az.Ko” MTK kimi göstərilmişdir. Lakin şirkət gördü ki, (xüsusilə qeyri-rəsmi sahibkarı Kərəm Həsənov) əli hər yerdən üzülür, yəni gördü ki, məhkəmə iddiamı qismən təmin etdi, (şirkətin rəsmi sahibkarı deputat Malik Həsənovla bərabər) növbəti  saxtakarlığa başladı, yəni növbəti  saxtakarlığa imza etmək istəyir.

Kərəm və Malik Həsənovlar əlil etdikləri gəncin həyat şəraitini yaxşılaşdırmaq əvəzinə, məni illərlə məhkəmələrdə süründürüblər. İndi də yeni şirkət oyunu çıxarırlar (yəni “Xəzər MMC”). Yəni əlləri hər yerdən üzüldü deyə, “Xəzər MMC” saxtalığına keçiblər. Belə ki, təkrar olaraq qeyd edirəm ki, “Xəzər Az.Ko” MTK-nın direktoru Akif Həsənov 25.12.2019-cu il tarixli Səbail rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib, orda özünü “Xəzər Az.Ko MMC” kimi qeyd edib, yeni möhür düzəldərək şikayətin sonuna vurub.

Özünü “Xəzər Az.Ko MMC”-nin direktoru kimi göstərən Akif Həsənov, 1-ci instansiya məhkəməsində vəkil Zaur Abbasovun yazdığı iddia ərizəsinə qarşı etirazı olduğu kimi köçürdükdən sonra sonda qeyd edir:

“- Digər tərəfdən o da göstərilməlidir ki, məhkəmə öz qətnaməsində “Xəzər Az.Ko” MTK-nı “AZİNKO Holding” MMC-nin tərkibində olan müəssisə kimi göstərmişdir.

İşə baxıldığı zaman tərəfimizdən “Xəzər Az.Ko” Mənzil Tikinti kooperativinin hazırda “Xəzər Az.Ko” MMC-nin təsis sənədləri məhkəməyə təqdim edilmiş və məhkəmədə bildirmişdik ki, “Xəzər Az.Ko” MMC-nin “AZİNKO Holding” MMC-yə heç bir aidiyyatı yoxdur və şirkətin yeganə təsisçisi fiziki şəxs olmaqla fəaliyyət göstərir və dövlət orqanlarına özünün hesabatlarını verir.”

Məlumat üçün qeyd edim ki, oğlum 2008-ci ildə “AZİNKO Holdinq” şirkətində onların tikdiyi binada fəhlə işləyərkən təqsirləndirilən şəxslərin şirkət rəhbərliyinin təqsirindən 8-ci mərtəbədən yıxılaraq çoxsaylı bədən xəsarətləri almış, nəticədə əlil qalmışdır.

2009-cu ildə, “Xəzər Az.Ko” MTK şirkəti yaratdılar və Vüsalı ora aid  etdilər, “Xəzər Az.Ko” MTK, “AZİNKO”-nun nəzdində fəaliyyət göstərdiyi üçün mən buna etiraz etmədim. Qeyd edim ki, Vüsal sağlamlığını bərpa etmək üçün məhkəmələrə müraciət etməyimə baxmayaraq, Malik və Kərəm Həsənovlar onu Avstriyaya müalicəyə göndərməyərək, ömürlük əlil etdilər. 19 noyabr 2019-cu il tarixdə Kərəm Həsənov Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin ediləndə mən ümid etdim ki, K.Həsənov ona etimad göstərmiş Prezident İ.Əliyevə sadiq qalaraq ömürlük əlil etdiyi birinci qrup əlilə qarşı daha da məsuliyyətlə yanaşacaq. Sən demə, bu vəzifədən sui-istifadə etmək qərarına gələrək, maddi ziyanları və digər xərcləri (Vüsalın əlillik pensiyasını, xəstəyə xidmət haqqını) ödəməmək üçün oğlumu qondarma surətdə yaratmaq istədiyi təsisçisi də başqa fiziki şəxs olan, təsis sənədləri hələ ki, ortalıqda olmayan (hətta olsa belə Vüsala heç bir aidiyyatı olmayan) hətta, ərizəsində göstərdiyinə görə bu şirkətin “AZİNKO Holding MMC-ə heç bir aidiyyatı olmayan “Xəzər Az.Ko” MMC adlı rəsmi surətdə bu günə ortalıqda olmayan şirkətə keçirmək istəyir.

Qeyd edim ki, Vüsal belə bir şirkət tanımır. Bu şirkətdə xəsarət almayıb. Və bu şirkət Vüsala qarşı cavabdeh deyil, iddiamı belə bir tanımadığım şirkətə qarşı qaldırmamışam. Nə də qətnamədə cavabdeh kimi göstərilməyib (göstərilə də bilməzdi), cinayət işi “AZİNKO”-nun nəzdində fəaliyyət göstərən “Xəzər Az.Ko” MTK-ya qarşı qaldırılmışdır. Sual edirəm: Onda “Xəzər Az.Ko” MMC kimdir ki, qətnamədən Apellyasiya şikayəti verir? Kərəm Həsənova prezident vəzifə verib ki, vəzifəsindən sui-istifadə edib səlahiyyət həddini aşıb, qeyri-qanuni işlər görüb, saxtakarlıq etsin?

Beləliklə, Kərəm və Malik Həsənovların planı 1-ci instansiya məhkəməsində baş tutmadı. Çünki K.Həsənov vəzifəyə təyin edilsə də, həmin vəzifəni icra etməyə başlamamışdı. Qətnamə 25 dekabr 2019-cu il tarixdə qəbul edilmişdir.

Qeyd edim ki, Kərəm Həsənovun vəkili Zaur Abbasov 1-ci instansiya məhkəməsində “Xəzər MMC” haqda ümumiyyətlə məlumat vermədi. Məhkəməyə heç bir təsis sənədləri təqdim etmədi. İddiaya qarşı yazdığı etirazda belə nə şirkət  haqda, nə də təsis sənədləri haqda heç bir məlumat verilmədi (Belə bir şey olsaydı, mən buna qarşı çıxaraq, bütün Dövlət qurumlarına müraciət edərdim). Daha sonra, bildirim ki, hakim 25.12.2019-cu il tarixli qətnamədə cavabdehin təqdim etdiyi  etirazı olduğu kimi onun izahatı kimi köçürüb, yəni  qətnamədə belə bir cümlə yoxdur.

Baxın, əgər K.Həsənov Prezidentə yaxın yerdə oturaraq, heç ondan çəkinməyərək, əlil etdiyi gəncə qarşı bunu edirsə, görün onunla mənzil problemi olan vətəndaşlara qarşı nə edir? Axı K.Həsənov üçün bu maddi ziyan nə idi ki, özünü bu pula görə biabır edir? Onun pulu yoxdur?

Təkrar olaraq qeyd edim ki, şirkət saxtakarlıq etməkdə çox peşəkardır. Belə ki, Vüsal xəsarət alan  zaman onunla əmək müqaviləsi bağlanmamışdı. Şirkət rəhbərliyinə cinayət işi açılmasın deyə, saxta əmək kitabçası təşkil etdilər və Vüsalın əvəzinə əmək kitabçasında saxta imza etdilər. Mən ilkin istintaq zamanı imzanın saxtalığı barədə vəsatət verdikdə, ekspertiza zamanı imzanın saxtalığı sübuta yetirildi. Daha sonra, 2011-ci ildə cinayət işində mülki iddiaya baxılanda, şirkət məhkəmə qərarları ilə təmin edilmiş maddi ziyanlardan əlavə, yəni məhkəmə qərarından əlavə Vüsalın (məhkəmə qərarlarına qədər) müəlicə-müayinə xərcləri üçün çəkdikləri xərci sübut edən “qəbzləri” saxtalaşdırılıb, məhkəməyə təqdim etmişdilər. Mən vəsatət verib qəbzin saxtalığını sübuta yetirmişdim.

Bundan əlavə, onlar şən-böhtan atmaqda da peşəkardılar. Belə ki, 2009-cu ildə Vüsalla bərabər şirkətə bülletenə görə əmək haqqını almağa getmişdim. Orda  şirkətin xanım işçisi ilə sənədə görə aramızda mübahisə düşdü. Mübahisə vaxtı xanım mənə “özündən hoqqa çıxarma” dedi. Bu xəsarət zamanı baş-beyni, onurğa beyni əzilmiş, kəllə beyin travması almış, travma zamanı şəxsiyyət dəyişməsi əmələ gəlmiş, psixotik vəziyyət əmələ gəlmiş oğluma psixi təsir  etdi və həmin qızı təhqir etdi.

Təsəvvür edin: Əlil etdikləri, xəstə etdikləri, psixoloji durumunu pozduqları, özləri onda psixotik vəziyyət əmələ gətirdikləri xəstəni polisə verdilər. Guya Vüsal nəinki qızı təhqir edib, hətta bilmirəm nəyi isə götürüb, işçilərə hücum edib və s. və s. Biabırçılıq. Daha ardını yazmağa ehtiyac yoxdur. Burda sözün bitdiyi yerdir. Qeyd edim ki, bu hadisə onsuz da xəsarət zamanı psixi vəziyyəti pozulmuş oğluma daha da təsir etdi və bu hadisədən sonra oğlum cavabdehin telefonlarına təhqiredici mesajlar yazmağa başladı. Çəkinmədən öz hərəkətlərindən deyil, Vüsalın mesajlarından danışırlar.

Bütün bunlara baxmayaraq, özlərini humanist kimi göstərməyə çalışmaları çox gülüncdür. Daha bir faktı bildirmək istəyirəm. Belə ki, 21 dekabr 2015-ci il tarixdə Ali məhkəmənin qərarı ilə Vüsalın tələb etdiyi mənzil tələbi qismən təmin edilmişdi (50.000 manat). Həmin zaman Vüsalın vəziyyəti pisləşdiyi üçün, müalicəyə ehtiyacı var idi. Devolvasiya ilə bağlı dərman-iynələrin qiyməti 50% artmışdı. Buna görə imkanım yox idi. Mən şirkətə müraciət edib, məhkəmə qərarı ilə təmin edilmiş 50.000 manatdan təcili mənə 1.000 manatın ödənilməsini xahiş etmişdim. Onlar bu pulu mənə şərt qoyub ödədilər.

Qeyd edim ki, şirkət 21.12.2015-ci ilin Ali məhkəmənin qərarından Plenuma şikayət vermişdilər (eyni zamanda Konstitusiya məhkəməsinə şikayət vermişdilər). Mənə qəbz yazdırdılar və şərt kəsdilər ki, əgər Plenumda bunların xeyrinə qərar çıxsa, mən 1.000 manatı qaytarmalıyam. Əgər qaytara bilməsəm, bu pulu Vüsalın 3 aylıq əlillik pensiyasından çıxacaqlar (yəni 3 aylıq pensiyasını ödəməyəcəklər). Baxın, biz onların təqsirindən kirayədə yaşayırdıq (bizə kirayə xərci də ödəmirdilər).  Vüsala cəmi 300 manat əlillik pensiyası ödəyirdilər. İndi təsəvvür edin, bu pul da ödənilməsə idi, kirayədə yaşayan, müalicəyə ehtiyacı olan əlil etdikləri gənc nə ilə dolanardı? Mənə – xəstəyə qulluq edənin də xərcini ödəmirdilər, necə ki, indi də ödəmirlər. Bunlar hansı humanistlikdən danışırlar?

Akif Həsənov “Xəzər Az.Ko” MTK-nın əvəzinə, bizə aidiyyatı olmayan fiziki şəxsin təsis etdiyi şirkət olan “Xəzər Az.Ko” MMC kimi təqdim edərək Apellyasiya şikayəti verib. Qeyd edim ki, belə bir şirkət rəsmi olaraq ortalıqda yoxdur, əgər ortalıqda olsa idi, bu günə kimi təsis sənədləri məhkəməyə təqdim edilərdi. Əgər bundan sonra təqdim edilsə belə, o saxta tarixdə olacaq. Lap doğru-dürüst olsa belə, onun iş üçün heç bir hüququ əhəmiyyəti yoxdur. Çünki biz o şirkəti tanımırıq. Vüsal həmin şirkətdə xəsarət almayıb, cinayət işi də “Xəzər Az.Ko” MMC-yə qarşı qaldırılmayıb. Müdir işləyir deyə, bu ona əsas vermir, o əvvəl işlədiyi şirkətin əvəzindən apellyasiya şirkəti versin. Sabah A.Həsənov gedib başqa bir “Xəzər  Az.Ko” “DDS”-də işləsə, deməli, yenə gəlib həmin şirkəti “Xəzər Az.Ko” MTK-nın əvəzindən cavabdeh kimi göstərə biləcək?

Qeyd edim ki, 1-ci instansiya məhkəməsi, 2019-cu ilin noyabrın 25-i başlayıb. Vəkil Z.Abbasov isə iddia ərizəsinə qarşı etirazı 2019-cu ilin dekabrın 19-u məhkəməyə təqdim edib (prosessual müddəti itirdikdən sonra). Etirazda o qədər əsassız, yalan yazmışdı ki, mən prosessual müddəti itirməyimə baxmayaraq, onların əsassız və yalan olduqlarını sübuta yetirmək üçün, yazdığı etiraza qarşı etiraz təqdim etmişdim və bunu Apellyasiya şikayətinin 28-ci səhifəsində 34-cü səhifəsinə kimi tam olaraq köçürmüşəm.

Mən indi baxıram ki, cavabdeh yazdığı etirazın sonunda özünü “Xəzər MMC”-nin vəkili kimi göstərib. Lakin mən buna o zaman fikir verməmişəm. Çünki nə məhkəmə zamanı bu barədə məlumat verdi, nə də təsis sənədlərini məhkəməyə təqdim etdi. Etiraza da heç bir sənəd əlavə etməmişdi və etirazda bu barədə heç nə yazmamışdı.

Hazırda A.Həsənov Apellyasiya şikayətinə də heç bir sənəd əlavə etməyib. Bu sübut edir bunlar saxtakarlıq edir. Və fırıldaqlıqla Apellyasiya məhkəməsinin qətnaməsində cavabdeh kimi “AZİNKO” Holdinq MMC-nin tərkibində fəaliyyət göstərən “Xəzər Az.KO” MTK  kimi deyil, Vüsala heç bir aidiyyat olmayan “Xəzər AZ.KO” MMC kimi yazdırmaq istəyirlər.

Cənab Prezident!

K.Həsənov vəzifəsindən sui-istifadə edərək saxtakarlığa cəhd etmək istəyir. Ehtimal edirəm ki, Apellyasiya məhkəməsi ilə danışıblar. Danışmasalar, apellyasiya şikayətində bunu göstərməzdilər.

Cənab Prezident !

Apellyasiya  məhkəməsində belə bir qanun pozuntusunun saxtakarlığının baş verməsinin qarşısını alın.

Qeyd edim ki, məqsədləri “Xəzər Az.Ko” MTK-nı “AZİNKO” Holding şirkətindən ayrmaq olub ki, sabah mən icra vaxtı “AZİNKO” şirkətinin məsuliyyət daşımasını iddia etməyim. Buna görə də şirkətin adını dəyişib, sonra onun “AZİNKO”-ya aid olmamasını iddia edirlər. Çünki bilirlər ki, “Xəzər Az.Ko” MTK-nın “AZİNKO” Holdinqdən ayrılmasını göstərsələr, icra vaxtı, əgər hər hansı bir problemi olsa, yenə məsuliyyət “AZİNKO”-nun  üzərində qalacaq. Ona görə yeni “Xəzər Az.KO” MMC oyununu indidən ortalığa atırlar.

Bildirirəm ki, heç kim qətnamədə cavabdehi başqa şirkət kimi göstərə bilməz.

Əgər şirkətdə saxtakarlıq yox idisə, niyə 1-ci instansiya məhkəməsində qondarma “Xəzər MMC”-nin təsis sənədlərini məhkəməyə təqdim etmədilər? Və Apellyasiya şikayətində yalandan bildirirlər ki, biz 1-ci instansiya məhkəməsinə bildirmişik və təsis sənədlərini də təqdim etmişdik.

Əgər kimsə iş materiallarına şirkətin gizlin surətdə gətirdiyi hər hansı sənədi tiksə, cinayət məsuliyyəti daşıyacaq. Mən dəfələrlə iş materialları ilə tanış olmuşam, iş materiallarında heç bir təsis sənədləri yoxdur. Sual edirəm: Təsis sənədləri var idisə, niyə Apellyasiya şikayətinə belə əlavə edilməyib?

Qeyd edim ki, 1-ci instansiya məhkəməsində dəfələrlə məhkəməyə ərizə verib şirkətin məhkəməyə təqdim etdikləri sənədlərlə tanış olmağım haqda xahiş etmişəm. Hakim və eyni zamanda cavabdeh məhkəmədə bildirdilər ki, heç bir sənəd təqdim olunmayıb.

İndi əlləri hər yerdən üzüldü deyə “Xəzər MMC” saxtalığına keçiblər. Təkrar  olaraq qeyd  edirəm ki, “Xəzər Az.Ko” MTK-nın direktoru Akif  Həsənov 25.12.2019-cu il tarixdə Səbail rayon məhkəməsinin qətnaməsindən Apellyasiya şikayəti verib, orda da özünü “Xəzər Az.Ko” MMC kimi qeyd edib, yeni möhür düzəldərək şikayətin sonuna vurub.

Diqqət edin: A.Həsənov 1-ci instansiya məhkəməsinə hətta şər atır. Mən sual edirəm: Əgər doğrudan da belə bir sənəd var idisə niyə indiyə kimi ortalıqda yoxdur ? (Qeyd edim ki, şirkət gördü ki, instansiya məhkəməsi  isə çox ciddi yanaşdı, eyni zamanda mən Ədliyyə Nazirinin müavini cənab Azər Cəfərovun qəbulunda olmuşdum. Cənab A.Cəfərov sənədləri diqqətlə araşdırdı, buna görə K.Həsənov vəzifədə tam oturmamış, cavabdeh 1-ci instansiya məhkəməsində belə bir saxtakarlıq edə bilmədi. İndi isə Apellyasiya məhkəməsinin sədri İman Nağıyev, MK sədri Məmməd  Məmmədova arxayın olub, saxtakarlıq etmək istəyirlər. Mən Apellyasiya məhkəməsində çox fırıldaqlar, saxtakarlıqlar görmüşəm. Sübut üçün 23 iyul 2015-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsindən yazdığım 73 səhifəli “KASSASİYA ŞİKAYƏTİ”nin surətini ərizəmə əlavə edirəm.

Cənab Prezident!

Xahiş edirəm, baş verəcək fırıldağın, saxtakarlığın qarşısını alasınız!

Təkrar olaraq bildirirəm ki, mən iddiamı cavabdeh “AZİNKO” şirkətinin nəzdində fəaliyyət göstərən “Xəzər Az.Ko” MTK-ya qarşı qaldırmışam və 1-ci instansiya məhkəməsi də cavabdehi “AZİNKO”-nun nəzdində fəaliyyət göstərən “Xəzər Az.Ko” MTK kimi təsdiqləyib. Mənə nə bunlar yeni  şirkət yaradıb? Bu şirkətin də təsisçisi fiziki şəxsdir. Sual edirəm: Əgər “Xəzər Az.Ko” MTK mövcud deyildirsə, niyə gəlib məhkəmədə iştirak etdilər? Bunlar gündə bir  qondarma  şirkət yaradıb, oğlumu ora  aid edəcəklər ki, gələcəkdə nəinki məhkəmə qərar ilə təmin  olunmuş maddi ziyanı ödəməsinlər, hətta Vüsalın əlilliyini  ödəməsinlər, desinlər ki, pul yoxdur ? Baxın: K.Həsənov, M.Həsənov dolayı yolla ömürlük əlil etdikləri, maddi cəhətdən özlərindən aslı vəziyyətə saldıqları, gəncliyini məhv etdikləri gəncə qarşı, heç bir yerdə işləməyərək məcburiyyət qarşısında əlil etdikləri gəncə qulluq edən əsir bacısına qarşı nələr etmək istəyirlər? Dövlətin şəhid ailələrinə və əlillərə qarşı qayğısı, diqqəti budur?

Vəkil Zaur Abbasovun gəlib məhkəmədə iştitrak etmək hüququ yoxdur. Qeyd edim ki, bunlar hələ Xəzər  MMC-nin təsir  sənədlərini düzəldə bilməyiblər ki, Apellyasiya şikayətinə əlavə etməyiblər. Ona görə ki, yeni düzəldikləri  təsis sənədini köhnə tarixə  saxtalaşdırmaq istəyirlər.

Cənab Prezident!

Xahiş edirəm bunun qarşısını alasınız. Lap məhkəməyə yeni saxtalaşdırılmış təsis sənədi gətirsələr belə, mən yenə o şirkəti tanımayacam, mənim oğlum həmin şirkətdə xəsarət almamışdır və cinayət işi də həmin şirkətə qarşı qaldırılmamışdır. Bu barədə youtube-da 2-ci videoyazı yerləşdirəcəm və qəzetdə məqalə verəcəm. Fakt budur ki, bu günə kimi təsis sənədi əldə edə bilməyiblər. Qeyd edim ki, Apellyasiya məhkəməsi qətnamədə cavabdeh kimi “Xəzər.Az.Ko” MMC göstərə bilməz. Bir daha təkrar edirəm, mən iddiamı “AZİNKO” şirkətinin nəzdində fəaliyyət göstərən “Xəzər Az.Ko” MTK-ya qarşı qaldırmışam. Oğlum təsisçisi, oğlumu şikəst etməyən,  fiziki şəxs olan şirkətdə işləməyib (yəni qondarma surətdə yaratmaq istədikləri “Xəzər Az.Ko” MMC). Əgər Zaur Abbasov məhkəməyə “Xəzər Az.Ko” MTK-nın vəkili kimi gəlirsə, gəlib çıxış etsin, yox iddia etsə ki, “Xəzər Az.Ko” MMC-nin vəkiliyəm, onda o, məhkəməyə buraxılmamalıdır.

Cənab Prezident!

Siz məmurları vəzifəyə gətirəndə onlara xalqa xidmət etməyi tövsiyə etmisiz. K.Həsənov (Malik Həsənov) ömürlük əlil etdiyi gəncin maddi ziyanların tam ödəməyib, onun Avstriyada sağlamlığını bərpa etmək üçün tələb olunan pulu ödəməyib, bunu görə oğlum ömürlük əlil qalıb. Mənzil tələbi ilə bağlı onu 3 il məhkəmələrdə süründürüb, bu gün xəstəyə qulluq etmə haqqını, ödənilməyən xəstəyə qulluq etmə haqqını ödəməmək üçün  Sizin yanınızda oturub, sizi arxadan vuraraq Vüsalın  əlillik pensiyasını və  xəstəyə xidmət etmə haqqını ödəməmək üçün, saxtakarlıq etmək istəyir. Çünki hər bir məmurun etdiyi qanun pozuntusu, saxtakarlığı birbaşa Prezidentə ziyandır.

Bu gün hansısa saxta surətdə şirkət yaradıb, onun da təsisçisini tanımadığım fiziki şəxs ediblərsə (yaxud etmək istəyirlərsə) bu onların problemidir. Mən inanmazdım ki, kimsə sizin yanınızda sizə yaxın  bir yerdə saxtakarlıq etməyə cəhd etsin. Mən elə bildim ki, K.Həsənov yeni vəzifədə 1-ci  qrup əlil etdiyi gəncə qarşı məsuliyyətini daha da artıracaq. Sən demə,  sən saydığını say, gör K.Həsənov, M.Həsənov nə sayırmış. Demə vəzifəyə keçməmiş, vəzifəsindən sui-istifadə  etməklə, səlahiyyət həddini aşaraq ömürlük əlil etdiyi gəncin maddi ziyanlanını ödəməmək üçün saxtakarlığa başlamışdır, yəni məqsədləri Vüsala qarşı  məsulliyəti öz boyunlarından atmaq üçün  belə bir addım atmışlar. Mən ümid edirəm ki, Siz onların  belə qanun-pozuntularına yol verməyəcəksiniz. K.Həsənovun bu addımı Prezident aparatına baş  ucalığı  gətirmək,  Malik Həsənovun hərəkəti isə Milli Məclisə  baş ucalığı gətirməz.

Bundan əlavə, bütün ərizələrində yazırlar ki,  guya Vüsala  məhkəmə qərarından əlavə 40.000 manat pul  xərcləyiblər. Elə ki, mən  məhkəmədə bildirəndə ki, “Vəsatət verib işin prokurorluqda araşdırılmasını tələb edəcəm” Onda vəkilləri tez deyir ki, “Yox, mən 40.000 manatı, məhkəmə qərarlarına qədər xərclədiyimiz pulu, məhkəmə qərarları ilə təmin edilmiş maddi ziyanın cəmi ilə birlikdə demişəm.” Sonra isə başlayırlar eyni şeyi yazmağa.

Qeyd edim ki, şirkət  həmişə bizim haqqımızda yalan məlumatlar danışır. Hətta onların vəkili məhkəmə zamanı hakimə deyir ki, “Hüseynli A Sizin haqda ərizələrdə “filan”  sözləri yazır, Siz niyə bunu protokollaşdırmısız?” Baxın: necə araqızışdırandırlar. Buna görə ehtimal edirəm ki, ola bilər K.Həsənov da Prezident aparatında (eyni zamanda) Malik Həsənov Milli Məclisdə) haqqınızda nə qədər yalanla danışır.

Cənab Prezident! Xahiş edirəm, Prezident aparatında dedi-qoduya, şərə-böhtana, yalanlara yol verməyəsiniz.

Avstriyaya müalicəyə gecikdirib ömürlük əlil etdikləri gəncin heç olmasa ona etdiklərinin qarşısında onun, bundan sonrakı yaşayışını təmin etmək əvəzinə, məhkəməyə vəkil göndərib, tələb olunan  maddi  ziyanı (xəstəyə qulluq haqqını, ödənilməyən xəstəyə qulluq etmə haqqını) ödəmək  istəmirlər. Televizya verilişlərinə çıxan xəstələrə imkanlı şəxslər köməklik edir, bunlar isə öz şikəst etdiyi gəncin maddi ziyanlarını ödəməyərək saxtakarlıq edirlər qarşı belə saxtakarlıq edirlər. Bunlara necə müsbət məmur kimi baxmaq olar?

Ayıb deyilmi? Şikəst etdikləri gəncin anasını, əsir bacısını məhkəmələrdə süründürürlər? Özləri deməli idi ki, “Biz maddi ziyanı öz xoşumuzla ödəyirik, get evində  otur, xəstəni tək qoyma, ona quluq et” Vüsalı ömürlük əlil etdikləri bəs deyil, məhkəmə qətnaməsi ilə təmin edilmiş maddi ziyanı saxtakarlıqla ödəmək istəmirlər.

Bir daha təkrar qeyd edirəm, iddia “AZİNKO Holdinq” tərkibində fəaliyyət göstərən “Xəzər Az.Ko” MTK- ya qarşı qaldırılmışdır, (cinayət işi də onlara qarşı qaldırılıb ) “Xəzər Az.Ko” MMC-yə qarşı yox. “Xəzər Az.Ko” MMC-nin  məhkəmədə iştirak etmək, izahat vermək, Apellyasiya  şikayəti vermək hüququ yoxdur. Sabah Akif Həsənov gedib başqa şirkətdə işləsə, deməli işlədiyi şirkəti cavabdeh kimi göstərəcək ?

Kərəm və Malik Həsənovlar belə kasıbdılar? Pulları yoxdur? Əlil etdikləri gəncin maddi ziyanlarını ödəmək istəməyən – Prezident aparatında, nə də  Milli Məclisdə oturmağa layiq deyildir. Vüsal bu gün onların təqsirindən (və məhkəmə  orqanlarının, xüsusilə Bakı Apellyasiya məhkəməsi, Ali məhkəməsi) Əlillik həyatını  yaşayır. Onun həyat şəratini  yaxşılaşdırmaq əvəzinə, ona ziyan etmək istəyirlər. Mən inanmıram belə bir  məmuru axıra kimi vəzifədə saxlayacaqsınız. Bunlar elə bilir ki, vaxtilə məhkəmə qərarları ilə Vüsala ödədikləri müayyinə-müalicə xərci, mənzil tələbi üçün təmin olunan maddi ziyan onlara əsas verir ki, Vüsala qulluq edənin xərcini, ödənilməyən xəstəyə qulluq edənin xərcini  ödəməsinlər. Qanunvericiliyə əsasən zərərvuran zərərçəkmişin bütün maddi ziyanlarını ödəməlidir (o cümlədən xəstəyə qulluq etmə haqqı, ödənilməyən  xəstəyə qulluq etmə haqqı və mənəvi ziyan).

Şəhid Ailələrinə dövlət hər cür qayğı göstərir, şəhid ailələrinə Dövlətin nəzarətində xüsusi diqqət göstərilməyinə baxmayaraq, Kərəm və Malik Həsənovlar əlilin anasını, əsir bacısını məhkəmələrdə süründürmək istəyir.

Kərəm və Malik Həsənovlar müharibədə olmayıblar. Müharibədə olanların ailəsini Məhkəmələrdə  süründürürlər.

Yuxarıda göstərilənləri nəzərinizə çatdıraraq, Sizdən xahiş edirəm.

Bu işi nəzarətə götürməklə araşdıraraq, “AZİNKO” Holdinq şirkətinin nəzdində fəaliyyət göstərən “Xəzər Az.Ko” MTK-nın etmək istədiyi qanun pozuntusunun (Xüsusilə Kərəm və Malik Həsənovların) qarşısını almaqla, onların təqsirindən, əlil etdikləri, məni və oğlumu maddi cəhətdən özlərindən asılı vəziyyətə saldıqları, bizi ağır həyata məhkum edən, məni məcburiyyət qarşsında heç bir yerdə işləmərək gəncliyini məhv etdikləri, onu işləmək, oxumaq hüququndan məhv etdikləri, hamı gənclər kimi sərbəst yaşamaqdan məhrum etdikləri və sairə I qrup əlilə xidmət etmə haqqı, ödənilməyən xəstəyə xidmət etmə haqqı, mənəvi ziyan haqda iddiamın təmin olunmasına köməklik edəsiniz. Qətnamədə cavabdehi qeyri-qanuni olaraq “Xəzər Az.Ko” MMC kimi göstərilməsinin qarşısını alasınız.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button