
Kəramət Böyükçöl sərbəst buraxıldı
Kəramət Böyükçöl sərbəst buraxılıb.
Bu barədə APA-ya K.Böyükçölün atası Qəşəm Nəcəfzadə məlumat verib.
O qeyd edib ki, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində saxlanılan K. Böyükçölün əməlində cinayət motivi olmadığı üçün bu gün sərbəst buraxılıb.
Qeyd edək ki, Gənc yazar Kəramət Böyükçöl ötən gün saxlanılıb.
K.Böyükçölün yaşadığı ünvana gələn polis əməkdaşları onunla bağlı qonşuların şikayət etdiyini bildiriblər.
Böyükçöl saxlanılaraq polisə aparılıb.