Kəşfiyyatçı ölüm yatağında sirləri açdı: 23 siyasi qətl, Diana…

İngiltərə kəşfiyyatının (M15) 80 yaşlı keçmiş əməkdaşı Con Hopkins dünya mediasında gündəm olan açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Hopkins Şotlandiya şahzadəsi Diana da daxil olmaqla, 23 sui-qəsd planında iştirak etdiyini iddia edib.

Həkimlərin bir neçə həftə ömrünün qaldığını söylədiyi Hopkins 1973-1999-cu illər arasında inglis kəşfiyyatının 23 siyasi motivli sui-qəsd planı həyata keçirdiyini bildirib.

38 il “M15” üçün işləyən Hopkins Britaniyanın daxili təhlükəsizliyini təhdid etdiyi ittihamı ilə bir neçə nəfəri öldürüb.

Con Hopkins qurbanlarını kimyəvi və ya zəhərli maddələrlə aradan götürdüyünü iddia edib. Qurbanlarının əksəriyyəti isə siyasətçilər, fəallar, jurnalistlər və həmkarlar ittifaqlarının liderləri idi. Hopkins onların arasında şahzadə Diana kimi nüfuzlu şəxslərin olduğunu da söyləyib.

Keçmiş kəşfiyyatçı Diananın yeganə qadın qurbanı olduğunu, kraliyyət ailəsindən öldürdüyü yeganə şəxs olduğunu da etiraf edib. Lakin o, Diananı öldürmək üçün tərəddüd etdiyini bildirib: “Diana həyatının ən gözəl yerində, ölməyə haqqı olmayan gözəl və mədəni bir qadın idi”.

Lakin Hopkinsə görə, cazibədar şahzadə İngiltərə taxtını risk qarşısında qoyurdu:

“Kral sarayının bir çox sirlərini bilirdi. Saraya qarşı kinli idi və baş verənləri xalqa danışacaqdı. Lakin patronum onun ölmək məcburiyyətində olduğunu dedi, şahzadə Filipdən əmr aldı və sui-qəsd bir qəza formasında həyata keçirilməli idi. Bundan əvvəl qadın öldürməmişdim, amma əmri yerinə yetirmək məcburiyyətində idim. Kraliça və ölkəm üçün bunu etdim”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button