Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində iyulun 26-da gecədən başlayaraq yeni döyüşlərin getdiyi haqda məlumatları əvvəlcə təkzib edib. Daha sonra təsdiqləyib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi az əvvəl yaydığı məlumatda dövlət sərhədinin Geqarkunik istiqamətində, saat 03.30 radələrində “erməni mövqelərinin atəşə tutulduğunu, cavab atəşi açıldığını” bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün səhərə yaxın yaydığı məlumatda deyilirdi ki, Ermənistan ordusunun bölmələri ordumuzun Kəlbəcər istiqamətindəki mövqelərini müxtəlif tipli atıcı silahlardan və qumbaraatanlardan intensiv atəşə tutur, cavab tədbirləri görülür.

Erməni tərəfinin az əvvəl yaydığı digər məlumatda isə deyilir ki, Kəlbəcər istiqamətində intensiv atışmalara görə Zod qızıl yatağının işçiləri təxliyyə edilib. Yataqda hasilat işləri aparan “GeoProMining Gold” şirkətindən bildiriblər ki, “nizamsız atəş səsləri eşidilir”. Bu səbəbdən şirkət rəhbərliyi əməkdaşlarını təcili təxliyyə etməyə qərar verib, 150 nəfərə yaxın işçi təxliyyə olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button