Kəmaləddin Heydərov broker müğənni ortağını cəzalandırıb?

Samir Dərgah

Müğənni Samir Dərgahı «Pana Film»in ofisinə buraxmadılar

 Bir müddət şou-biznesdə böyük reklam kampaniyası ilə gündəmə gələn Samir Dərgah yoxa çıxıb. Sənətçinin gözə dəyməməsinin səbəbi barədə bizə məlumat verən sənətçilərdən biri dedi ki, onu cəzalandırıblar. Səbəbi barədə danışan həmsöhbətimiz bildirdi ki, əslində Samir Dərgah şou-biznesə şəxsi təşəbbüsü ilə gəlib. «O, faktiki olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edir. Hətta bir neçə adamın yanında olub ki, Qaradağın icra başçısı Süleyman Mikayılova telefon açaraq şefin adından danışıb. O, icra başçısına «Sərhədçi» Olimpiya Kompleksində hansısa dövlət tədbirinin təşkili üçün lazımi dəstək istəyib və dərhal da məsələ həllini tapıb. Amma Samirin mahnı oxuması, Kəmaləddin Heydərovun yaxın ətrafında ciddi etirazla qarşılanıb» deyə həmsöhbətimiz bildirdi.

Dedi ki, Samir Dərgah həm də Gömrük Komitəsi ilə də yaxından əməkdaşlıq edir. Rəsmən gömrük sistemində işləməsə də, müğənninin sərhəd keçid məntəqələrində brokerliklə məşğul olduğu söylənilir. Məlumatlarda bildirilir ki, S.Dərgah hətta bir çox məclislərdə K.Heydərovun oğlu Tale Heydərovun da adından istifadə edir, onunla yaxın dost olduğunu söyləyir. «Samir Dərgah özünü Türkiyədə yayımlanan «Kurtlar Vadisi» serialının qəhrəmanı Polad Ələmdara bənzədir. Hətta bu yaxınlarda filmin istehsalçısı olan «Pana Flimin» İstanbul ofisinə də gedib. Amma eşitdiyimizə görə, onu ofisin qarşısında neçə gün gözləsə də içəri buraxmayıblar» deyə həmsöhbətimiz bildirdi.

Qeyd edək ki, dünən bununla bağlı müğənni-brokerin telefonlarına cavab verən olmadı.

 Elvin

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button