Kəmaləddin Heydərovdan Qəbələ rayonuna şok qadağa

Fövqəladə Hallar naziri Qəbələdə mal-qara saxlamağı qadan etdi!

Qəbələdən redaksiyamıza telefon edən Oxucumuz Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yeni qadağasından danışdı. Onun sözlərinə görə, artıq Qəbələdə vətəndaşlar mal-qara saxlaya bilməyəcəklər. Qəbələnin qeyri-rəsmi sahibi bunu istəmir və əhaliyə artıq xəbərdarlıq olunub. Fövqəlnazirə yaxın adamların Qəbələ sakinlərinə gətirdikləri bəhanələr də sudan bəhanələrdir. Yəni mal-qara qadağasını «Qəbələdə baş verən inkişaf»la bağlayırlar. Rayona gələn qonaqlar və iri çinli dövlət məmurları şəhərin çöhrəsini dəyişdirmək və onu Avropaya bənzətmək istəyirlər. Qəbələ sakinləri də bundan hiddətləniblər: «Biz şəhərin inkişafına və Avropa səviyyəsinə çıxmasına qarşı deyilik ki. Bəlkə bunu hamıdan çox elə bizim özümüz istəyirik. Amma «əvvəl evin içi, sonra çölü deyib» atalar, düzdürmü? Qəbələni inkişaf etdirək, amma buranın camaatını dədə-baba yurdlarından perik salmaq niyə? Əvvəlcə buraya rifah gətirmək lazımdır, sonra camaatın mal-qarasına qadağa qoymaq haqqında fikirləşmək olar. İnsanların yaşayış səviyyəsi çox aşağıdır. Varlılar kasıbların əllərindən hər şeylərini alırlar. Başqa yerdən həyat tərzini təmin edə bilməyən insanlar qapılarında saxladıqları təsərrüfatlara güvənirlər. Birdən-birə belə qərar vermək olmaz axı…»

Rayon sakinlərinin dediklərinə görə, qadağalara məhəl qoymayanların sərt şəkildə cəzalandırılacağı haqda rayon camaatına xəbərdarlıq edilib. Artıq heç kimsə rayon mərkəzində mal-qara saxlamamalıdır. Saxlayanlar da hər şeyi  satmalı, ya da şəhərin mərkəzindən kənara çıxarmalıdır.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il


Əlaqəli məqalələr

1 şərh

  1. Əcəb işdir. qorx ki, bir gün Qəbələnin adını dəyişib Gİlan, ya da KƏmaləddinabad qoysunlar… Özünə biznes qurur, camaata nə xeyri dəyib? Bir ara fındıq satmağı qadağan etdi. Camaat ümid etdi ki, Jale zafodu meyvələrini alıb pulunu verər. Onu da almadılar. Jale damla damla deyil, tozdan hazırlanır. dünyada belə təcrebə varmı ki, bir nazir dədəsi ilə birlikdə bir rayonu özəlləşdirsin?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button