Kəmaləddin-Rövnəq qırğını “Relax”ı yeyir!

Lerikdə İcra başçısı ilə deputat toqquşur

Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovla bu rayonda seçilən deputat, “Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahini İqbal Məmmədov arasında ciddi qarşıdurma yaranıb. Redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, bu münaqişə hakimiyyətdaxili iki qrupunun savaşının nəticəsidir. Belə ki, Fövqəladə Hallar naziri Kəmallədin Heydərovun kadrı olan icra başçısı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin birbaşa dəstəyi ilə seçilən İqbal Məmmədova qarşı həmişə əks mövqedə olub. Ancaq bir neçə ay əvvəl Kəmaləddin Heydərova yaxınlığı şübhə doğurmayan deputat Qüdrət Həsəquliyevin Milli Məclisdə Rövnəq Abdullayevi “topa tutmasından” sonra bu savaş daha da alovlanıb.
İndi icra baçşısı bütün yerli məmurlara bölgədə ən böyük turizm mərkəzi olan, deputatın sahibi olduğu “Relax”a getməyi qadağan edib. İqbal Məmmədov özü isə rayondakı heç bir tədbirlərə dəvət edilmir. Deputatın rayondakı köməkçisinin fəaliyyətinə isə yerli orqanlar tərəfindən nəinki dəstək verilir, əksinə, maneçilik törədilir. Bundan başqa, İqbal Məmmədov rayonda olduğu müddətdə dəfələrlə icra başçısı ilə görüşəə cəhd etsə də, Rövşən Bağırov bundan yayınıb.

Xəbərdə adı çəkilənlərin münasibətlərini öyrənməyə çalışsaq da, təəssüf ki, buna nail ola bilmədik. Onların da düşüncələrini öyrənməyə çalışacağıq.

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button