Kərə yağının qiyməti 11,3 faiz artıb

yagVahid Məhərrəmov: “Kərə yağı istehsalı çox xərc tələb etdiyi halda fermerlər çəkilən xərci qarşılaya bilmir”

Kərə yağının istehsalının azalmasının və istehsalçı qiymətinin artmasının birinci səbəbi ölkədə heyvandarlığın inkişaf etdirilməsi üçün möhkəm yem bazasının yaradılmamasıdır.

xural.com-un meydan.tv-yə istinadən verdiyi xəbərə görə, Vahid Məhərrəmov bunu qida yağlarının qiymətinin nə üçün 11,3 faiz artması barədə sualı şərh edərkən deyib.

Onun sözlərinə görə, yem çatışmazlığı məhsuldarlığın azalması ilə yanaşı həm də heyvanların zəifləməsinə, xəstəliklərə yoluxmasına və tələf olmasına səbəb olur.

Vahid Məhərrəmov hesab edir ki, uzun müddət dövlət büdcəsindən heyvanların cins tərkibinin yaxşılaşdırılması adı ilə külli miqdarda vəsait ayrılsa da, bu sahədə problemlər hələ də qalır: “Üçüncüsu, kərə yağı istehsalı çox xərc tələb etdiyi halda fermerlər çəkilən xərci qarşılaya bilmir.

Bir kiloqram kərə yağı istehsal etmək üçün 24 litr inək südündən istifadə edilir ki, buda əldə olunan məhsulun maya dəyərini xarici ölkələrdən idxal olunan kərə yağının satış qiymətindən yüksək edir. Digər olkələrdə kərə yağı istehsal edən sahibkarlara dövlət tərəfindən subsidiya ayrılır.
Bu isə bazara çıxarılan həmin məhsulu rəqabət qabiliyyətli edir. Ümumiyyətlə, heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı dövlətin fəaliyyəti şişirdilmiş statistik məlumatları ilbəil sadalamaqdan ibarətdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button