Kadırov daha bir qohumunu yüksək vəzifəyə təyin edib

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

Çeçenistan lideri Ramzan Kadırov daha bir yaxın qohumunu region hökumətində yüksək vəzifəyə təyin edib. O, iyulun 1-də hökumətin iclasında deyib ki, 27 yaşlı qardaşı oğlu Xamzat Kadırovu Təhlükəsizlik Şurasının katibi təyin edib.

27 yaşlı Xamzat Çeçenistan başçısının köməkçisi idi. O, Kadırovun qardaşı, 2004-cü ildə vəfat etmiş Zəlimxanın oğludur.

Buna qədər Təhlükəsizlik Şurasının katibi postunu Kadırovun başqa bir qohumu Turpal-Ali İbrahimov icra edirdi. İndi o, Şali rayonunun başçısı olacaq. İbrahimov Kadırovun xalası oğludur.

X.Kadırov bir sıra orden və medallar, o cümlədən 2023-cü ilin noyabrında “Çeçenistan Qəhrəmanı” fəxri adı ilə təltif olunub. Sonuncu adı hansı xidmətlərinə görə aldığı bəlli deyil.

Kadırov bir sıra qohumlarını yüksək vəzifələrə gətirib. O, ötən ay daha bir qardaşı oğlunu regionun nəqliyyat naziri təyin edib. Bir ay öncə isə 18 yaşlı oğlu Axmatı idman və gənclərlə iş departamentinin başçısı vəzifəsinə qoyub.

Fevralda Kadırov 24 yaşlı qızı Xadicatı administrasiyada yüksək posta layiq görüb.

Hazırda Çeçenistan hökumətində 23 vəzifədən altısını Kadırovun övladları və kürəkənləri, daha beşini digər qohumları və həmkəndliləri tutur. O özü ailə üzvlərini vəzifədə önə çəkməkdə maraq toqquşması görmür. “Kimə inanıram, onu da təyin edirəm”, – Çeçenistan başçısı deyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button