Kamal Abdulla ona üsyan edən xanım dekanı işdən çıxardı-AÇIQLAMA

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb. 
Xural.com xəbər verir ki, V.Ağabəyli BakuPost-a bildirib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar.
O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: “Kamal Abdulla az qalır desin ki, torpaqlarımızın da işğalında mənim əlim var. Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, görək daha sonra kimləri çıxarır”.
Qeyd edək ki, bundan öncə K.Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı V.Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V.Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı.
Xural.com-un özəl mənbələrdən aldığı xəbərlərə görə, işdən çıxarılan təkcə Vüsalə Ağabəyli deyil. Kamal Abdulla Vüsalə Ağabəyliyə dəstək verən hər kəsi işdən çıxarır. Onların sırasında Pərvin Mürsəlova və digərləri də var…
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button