Kamran Əliyevə işçilərinin korrupsiya ilə məşğul olduqları ilə bağlı 1000-nə yaxın müraciət etmişəm (VİDEO)

Press-az.com saytının verdiyi məlumata görə bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Badukubə MTK”nin rəhbəri Ədalət Qənbərovun dələduzluğunun qurbanı olduğunu iddia edən Əsədullazadə Asif Yusif oğlu,Məmmədov Azər İsfəndiyar oğlu,Soltanlı Yusif Yusif oğlu,Əsədullazadə Rəhilə Novruz qızı Press-konfrans keçirdilər.
Press-az.com-un məlumatına görə konfransı giriş sözü ilə Əsədullazadə Asif Yusif oğlu çıxış edib.Asif bəy ilk öncə 11 aprel prezident seçkilərində qalib gəlmiş İlham Əliyevi təbrik etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.
O çıxışında bildirdi ki,2005-ci ildə özünə məxsus torpaq sahəsində bina tikintisi ilə əlaqədar olaraq şirkət təsis edib və tikintini aparmaq üçün Bakı Şəhər İcra hakimiyyətindən xüsusi icaizə almışdı.İşə başlayarkən ona məlum olmuşdu ki,bina tikintisi ilə bağlı xüsusi lisenziyası olmalıdı.Bu səbəbdən də o xüsusi lisenziyası olan şirkət axtarıb,nəticədə də “Badukubə MTK” ilə razılaşmışdı.Razılaşmada bildirilmişdi ki,tikinti yekunlaşandan sonra “Badukubə MTK”onun şirkətinə 8000kv.metr mənzil sahəsi onun şirkətinə veriləcəyi ilə bağlı anlaşma müqaviləsi bağlamışdılar.Tikintiyə aid bütün işləri “Badukubə MTK”öz üzərinə götürmüşdü.Bu razılıqdan dərhal sonra tikinti işləri başlamışdı.2008-ci ildə “Badukubə MTK”rəhbər şəxsi dəyişib Ədalət Qənbərov yeni sədr seçilmişdi.Ədalət Qənbərov sədr olarkən ilk addımı Əsədullazadə Asifin şirkəti tərəfindən satılmış 30 dənə mənzilin satış sənədlərini ləğv edir.Buna səbəb kimi əsassız olaraq bildirmişdi ki,satılan hər bir mənzilə görə 18% dövlətə vergi keçməlidir,o vergi ödənilməyib.Asif bəy isə öz növbəsində bu qeyri-qanuni tələbi qəbul edib və bildirib ki,5mənzili “Badukubə MTK”da qalmaqla 18%dövlətə olan vergi ödənilsin. Asif bəy bildirir ki, bu razılaşmaya baxmayaraq Ədalət Qənbərov vəzifə səlahiyyətlərindən sui istifadə edərək Asif bəyin şirkətinin satdığı evləri qeyri-qanuni olaraq başka adamlara da satmışdı.Onun bu cür qanunsuz hərəkəti nəinki mənim şirkətimlə MTK arasında baş verdi,hətta MTK -nin keçmiş sədri Nəsib Əliyev və Zaur Cabbarovun ondan qabaq tikib satdığı evlərin satış müqaviləsini ləğv etmiş ,yenidən başka insanlara dələduzluq yolu ilə həmin mənzilləri satmışdı.Ədalət Qənbərov 100-ə yaxın vətəndaşlara qarşı bu cür dələduzluq etmişdir. Həmin vətəndaşlar aldıqları mənzilin bir neçə nəfərə satıldığını görüb “Badukubə MTK”dan şikayətçi olaraq müxtəlif dövlət orqanlarına şikayət etdilər.Şikayətə ilk əvvəl BMCMİ baxdı və sonra isə şikayətə baxılması üçün Bakı Baş Prokrorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yönləndirildi.Mən elə bilirdim ki,Korrupsiyaya qarşı mübarizə idarəsi ədalətlidi. Amma bu işə baxanda gördüm ki,tamamilə yanılmışam.Mən dəfələrlə Korrupsiya idarəsinin rəhbəri Kamran Əliyevə işçilərinin korrupsiya ilə məşğul olduqları ilə bağlı 1000-nə yaxın müraciət etmişəm ,amma təəsüf olsun ki,müraciyyətimə baxılmayıb və əksinə kimdən şikayət etmişəmsə o mənə cavab verib.Bu günləri Korrupsiyaya qarşı Mübarizə idarəsi 40manata görə bağçada işləyən tərbiyəçıyə korrupsoner damğası vurub həps etdirir,amma Kamran Əliyev özünün oturduğu 7-ci mərtəbədən 3 mərtəbə aşağı Korrupsonerlərin orda oturması ilə bağlı bir tədbir görmür.Bizim başımıza gələn müsubətlər o vaxtı korrupsiya idarəsində işləyən Elxan Əbdürrəhmanov və onun köməkçilərinin vasitəsilə olub. Belə ki, o vaxtı Elxan Əbdurrəhmanov Ədalət Qənbərovla bir başa deyirəm cinayət əlaqəsinə girərək “Badukubə MTK” ilə mənim şirkətim arasında olan müqaviləni bir tərəfli olaraq ləğv etmiş,o vaxta qədər şirkətim tərəfindən satılmış 31mənzili qeyri-qanuni hesab etmişdir.Həmin vaxtı MTK sədri Ədalət Qənbərovun harınlığı o həddə çatmışdı ki,mən artıq şirkətimə məxsus olan mənzillərdən əlimi üzmüşdüm.Həmin vaxtı Ədalət Qənbərov qonşu həyətdə mənə məxsus olan torpaq sahəsini zəbt etmək məksədi ilə həmin torpaq sahəsində tikinti aparmaq istəmiş və bu məqsədlə 10-15 fəhlə torpaq sahəsinə girmişdi.Mənim oğlum isə onları çıxartmaq istəyərkən onlar mənim oğluma daşla,almaturla müqavimət göstəriblər. Oğlum isə məcbur olub mənim evdə olan ov tüfəngimlə onları qorxutmaq istəmiş və təsadüfən güllə bir nəfərə dəymişdi.Həmin adam dünyasını dəyişmişdi.Buna görə də oğlum həbs olunmuşdu.Həmin hadisədən bir gün sonra Elxan Əbdürrəhmanov məni başka adla Korrupsiya idarəsinə çağırıb məni orada həbs etdirdi. Gör adam nə qədər şərəfsiz olar ki,oğlu qeyri-qanuni həbs olunan atanı səhəri günü qeyri-qanuni saxta ittihamla həbs etdirəsən.Mən bir il iki ay Kürdəxanı həbsxanasında oldum.Həbs müddətimdə 1000-nə yaxın teleqram,məktub adiyyatı üzrə dövlət orqanlarına və Korrupsiya Qarşı Mübarizə idarəsinin rəhbəri Kamran Əliyevə yazdım.Buna baxmayaraq yazdığım heç bir məktubun təsirini görmədim. Buna görə də məcbur olub satdığım 31mənzildən əldə etdiyim məbləğ 860000manatı zərərçəkənlərə ödədikdən sonra şərti azadlığa buraxıldım.Azadlığa çıxarkən konstitusiya hüququmdan istifadə edərək məhkəməyə verdim və məhkəmədə mübahisələndirdim və nəticə etibari ilə konstitusiya məhkəməsinə qədər proses uzandı və mən bəarət aldım və şəxsi mənzillərimin mənə məxsus olması ilə bağlı qərar çıxdı və mən mənzillərimi geri aldım.Maraqlı burasındadı ki,məhkəmə mənə bəraət verməsindən 4il keçir və bu 4il ərzində Prokrorluq məndən üzür istəmək əvəzinə ki,şərlə,böhtanla tutulmağım barədə əksinə Ali məhkəməyə qədər prates verdi ki,mənim bəraətim götürülsün.Bizi təəcübləndirən əsas məsələ budu ki,2013-cü ildə Ali məhkəmə,konstitusiya məhkəməsi mənzillərin bizə qaytarılması ilə bağlı qərar verməsinə baxmayaraq 2015 -ci ilin fevral ayında icrata yönəlməsinə baxmayaraq hələdə bu məsələ öz həllini tapmayıb.Ədalət Qənbərovun boş mənzillər adı ilə bizə verdiyi siyahıda icraya yönələrkən o müxtəlif bəhanələrlə mənzili vermir. Misal üçün güya icraat işi düzgün aparmır deyə məhkəməyə verir və yaxudda mənzillərin boş olmaması ilə bağlı bəhanələr gətirir. Beləcə məhkəmə qərarı icra olunmur.Mən hakimlərin də məsələsinə toxunmaq istəyirəm bu işdə.Mən elə bilirdim ki,konstitusiya məhkəməsinin verdiyi qərara ancaq Avropa məhkəməsi baxa bilər sən demə Sabunçu rayon məhkəməsində,Suraxanı rayon məhkəmləri konstitusiya məhkəmələrin qərarının ləğv edə bilərmiş.Sabunçu,Suraxanı rayonunda elə hakimlərimiz var ki,özlərini Strasburqda hiss edib Ali məhkəmənin,konstitusiya məhkəməsinin qərarını ləğv edə bilirlər.Xüsusi ilə 2saylı İqtisad məhkəməsinin hakimi Etibar Mustafayev adlı bir hakimi xüsusi qeyd etmək istəyirəm.İlk dəfə “Badukubə MTK”tərəfindən icraatın düzgün aparılmadığı ilə bağlı iddia vermişdi və həmin iddianı geri qaytarıb və deyib ki,iddia düzgün aparılır və bizim xeyrimizə qərar vermişdi.Amma üstündən bir il keçəndən sonra eyni məzmunda bu dəfə “Badukubə MTK”yox zərərçəkən qismində başkaları müraciyyət edir.Bu dəfə də Etibar Mustafayev həmin iddiyaya baxır öz qərarını ləğv edir və əksinə qərar qəbul edir və göstərir ki,icra düzgün aparılmır.Belə hakimlərin adını çox sadalaya bilərəm. “Badukubə MTK”rəhbərliyinə qarşı olan qərarı Suraxanı rayon məhkəməsinin hakimi Gülçarə İmanova qərarı ləğv etdiriR.Apilasiya məhkəməsi isə qərarı qüvvədə saxlayır.
Zərərçəkən qismində Əsədullazadə Rəhilə çıxış edir.O çıxışında bildirir ki,2012ci ilin iyun ayının 6da həyat yoldaşım qanunsuz olaraq həbs olunandan sonra şirkətə rəhbərlik mən edirəm. Həyat yoldaşım bildirdiyi kimi məhkəmədə yoldaşım bəraət aldıqdan sonra mülklərimizin bizə qaytarılması ilə bağlı qərar çıxdıqdan sonra məlum oldu ki,bir mənzil bir neçə nəfərə satılıb.Bundan sonra Korrupsiyaya qarşı mübarizə idarəsinə məni və bir neçə zərərçəkəni dəvət etdilər,orda məni şəxsən Kamran Əliyev qəbul etdi. Kamran Əliyevəməndən xahiş etdi ki,müvəqqəti olaraq 26 mənzildən iddiamı geri çəkim.Bir müqavilə sənədi imzalayaq və gələcəkdə mansar tikiləndə ordan bizə pay düşsün və həmçinin orada olan ticarət mərkəzinin yarısının bizə verilməsi şərti ilə biz razılaşdıq.Həmçinin Kamran Əliyev söz verdi ki,sizin oğlunuzun işində MTK rəhbərliyi köməklik edəcək. Onun bildirdiyinə görə MTK rəhbərliyi yazacaq ki,fəhlənin ayağı almatura ilişib qəza nəticəsində dünyasını dəyişib və beləliklə sizin oğlunuz bəraət alacaq.Bu cür şərtlərlə mən Kamran Əliyevlə razılaşdım və 26 mənzili qaytardım.Orada Kamran Vəliyevin köməkçisi Əli Quluyev vardı .O da məndən xahiş etdi ki,orda onun qohumunun evi var o evi də qaytarım mən həmin o evi də qaytardım.Daha sonra bir prokrorluq əməkdaşı vardı mən onun da qohumunun evin qaytardım.Beləcə mən orada 28mənzilimdən imtina etdim.Orada digər zərərçəkənlər vardı ki,hal -hazırda burda əyləşib Azər müəllim ,Nəzakət xanım ,Yusif müəllim və digərləri yadımda qalan bunlardı. Siyahıda var adları.Sonradan bizə məlum oldu ki,bizim qaytardığımız mənzilləri MTK Rəhbəri Ədalət Qənbərov başka adamlar yenidən satıb. Misal üçün Azər müəllimə məxsus olan evi öz 10illik vəkili olan Vüqar Babalıyev adlı vəkilinə köhnə tarixlə satıb.Belə ki, Ədalət Qənbərov bu gün də öz dələduzluğundan əl çəkmir həmin mənzilləri köhnə tarixlə öz yaxınlarına satır.Prokrorluqda akt tərtib edib razılaşdığı halda indi yenidən həmin mənzilləri satır.Bir məsələni də diqqətinizə çatdırım ki,binada təmir işləri başa çatmayıb və istismara verilməyib.Buna baxmayaraq Əmlak Komitəsindən öz adına 1000kvadrat, qızının və qohumlarının adına çıxarış alır.Bu qanunsuz çıxarışı Əmlak Komitəsi ona necə verir ?mən burdan əmlak komitəsinə səslənirəm.Ədalət Qənbərovun bu günləri 1milyon vergidən yayındığına görə məhkəmə qərarı ilə ev dustağıdı,amma buna baxmayaq ev dustağı ola-ola ev satır.Bu necə olur?
Məmmədov Azər İsfəndiyar oğlu bildirdi ki,o da həmin binadan ev alıb,amma evində yaşaya bilmir.Ədalət Qənbərovun dələduzluğunun qurbanı olduğunu bildirir.Evinin bir neçə nəfərə satıldığını bildirir.Prezidentdən və adiyyatı üzrə dövlət orqanların xahiş edirəm ki,bu işlə maraqlansınlar mən öz evimə köçüm.
Soltanlı Yusif Yusif oğlu Press-konfransda çıxış edərkən bildirdi ki,onun da mənzili bir neçə nəfərə satılıb və məhkəmə qərarı olmasına baxmayaraq hələ də icra olunmur.Prezident İlham Əliyevdən və vitse prezident Mehriban Əliyevadan xahiş edir ki,qanuni mənzilimin dələduz Ədalət Qənbərovdan alınıb ona verilsin.O bu yaşlı vaxtına qədər yığdığı müəyyən məbləğlə o evi alıb,indən sonra onun imkanı yoxdu ki yenidən həmin pulu yığsın və yeni bir mənzil alsın.
Press-az.com saytı olaraq konfransdan dərhal sonra şikayətçilərdən “Badukubə MTK”-nin rəhbəri Ədalət Qənbərovun nömrəsini alıb mövqeyinin bildirməsi üçün zəng etdik. Çox təəsüf olsun ki,Ədalət Qənbərov nömrəni əməkdaşımıza verdiyi üçün şikayətçiləri təhqir etdi və əməkdaşımıza isə ona bir daha zəng etməməyi tənbehlə bildirdi. Korrupsiya qarşı mübarizə idarəsində “Badukubə MTK” -nın rəhbərliyinin dələduzluğunun qurbanı olan şikayətçilərin şikayətinə baxan müstəntiqin mövqeyini öyrənmək istədik,təəsüf ki,telefonumuza cava vermədilər
Xeberman.com saytı həmin press-konfransı canlı yayımla yayımlayırdı.Həmin canlı yayımı oxuyuculara təqdim edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button