Kanada vətəndaşı dəm qazından ölməyib
07.02.2012
Fevralın 5-də Bakıda Kanada vətəndaşı Stiven Smitin (1982-ci ildə anadan olub) dəm qazından həlak olması barədə məlumat təsdiqlənməyib. Təcili Tibbi Yardım Xidmətindən Turan-a bildirilib ki, hadisə yerinə və cəsədə baxış zamanı məlum olub ki, qazdan zəhərlənmə baş verməyib. Cəsəddə zorakılıq izləri də olmayıb.
Öz növbəsində DİN-in mətbuat xidmətindən bildirilib ki, Nəsimi Rayon Prokurorluğu baş verənlərlə bağlı təhqiqat aparır. Ölümün konkret səbəbləri barədə məhkəmə-tibbi ekspertizanın rəyindən sonra danışmaq mümkün olacaq.
Kanada vətəndaşının statusu və onun Bakıda qalmasının məqsədləri məlum deyil. Onun cəsədi icarə etdiyi mənzildə aşkarlanıb.
CONTACT