“Kanal 13″ TV-nin rəhbəri saxlanıldı – 30 sutkalıq həbs

“Kanal 13″ İnternet Televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov polis tərəfindən saxlanıb.

BakiPost.az xəbər verir ki, bu barədə onun qardaşı, “Kanal 13″ün təsisçisi Anar Orucov sosial şəbəkədə məlumat yayıb:

“Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, normal hüquqi cəmiyyətə xas bir şəkildə polis idarəsinə dəvət etmək mümkün ikən, zorakılıqla avtomobildən düşürdülərək Nəsimi Rayon Polis idarəsinə aparılıblar. Bir müddət sonra Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb. Nəsimi Rayonu Məhkəməsinin qərarı ilə Əziz Orucov 30 sutka azadlıqdan məhrum edilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button